
Google Chrome brauzerinin 100 milyonlarla Android smartfonda dəstəyi dayandırılıb
Servislər
02.11.2023
Emil
Təkcə kənar tərtibatçılar deyil, həmçinin Google şirkəti də zaman-zaman müəyyən Android versiyalarında öz tətbiqlərinin dəstəklərini dayandırır. Belə ki, məlum olub ki, Google Chrome brauzerinin Android 7.0 Nougat üçün dəstəyini dayandırmaq qərarına gəlib. Qeyd etmək lazımdır ki, bu əməliyyat sistemi vasitəsilə 100 milyonlarla smartfon çalışır. Şirkətin vermiş olduğu yeni məlumata əsasən Chrome brauzerinin 119-cu versiyası Android 7.0 Nougat əməliyyat sistemi üçün son versiya olub. Beləliklə Chrome brauzerinin 120-ci versiyasını yalnız Android 8.0 Oreo-ya və ondan sonrakı Android versiyalarına quraşdırmaq mümkündür.
Paylaş
Ən çox oxunanlar

Honor X70-in 4 gövdə rəngində fotoları təqdim edilib
