Google mətnli təsvirlər əsasında musiqi bəstələyən MusicLM tətbiqini istifadəyə verib

Google mətnli təsvirlər əsasında musiqi bəstələyən MusicLM tətbiqini istifadəyə verib

Servislər
12.05.2023 PAYLAŞIM

    Generativ süni zəka sistemləri artıq qəliz mətnlər və fotolar tərtib etməyi bacarırlar. Onların eyni səviyyədə musiqi tərtib edə bilmələri sadəcə zaman məsələsi idi və bu istiqamətdə bir çox şirkət tərəfindən müxtəlif təcrübələr aparılır. Google da bu məsələdə istisna deyil. Şirkət tendensiyadan geri qalmayaraq MusicLM adlı tətbiqini sərgiləyib. Sözügedən tətbiq mətn formatında təsvirlər əsasında musiqi bəstələri tərtib edə bilir. Şirkət MusicLM barəsində məlumatı hələ yanvar ayında vermişdi.


    Lakin həmin vaxtda şirkət bildirmişdi ki, o, MusicLM-i istifadəyə verməyi planlaşdırmır. Görünür, bu müddət ərzində şirkət öz fikrini dəyişib. MusicLM AndroidiOS üçün aktiv olan AI Test Kitchen proqramı çərçivəsində istifadəyə verilib. Musiqi bəstəsinin mətn formatında təsviri əsasında MusicLM musiqi bəstəsinin iki variantını tərtib edə bilir. İstifadəçi isə öz növbəsində uyğun olan variantı seçə bilər.

    Mətn formatında təsvir özündə təkcə musiqi bəstəsində istifadə ediləcək musiqi alətləri barəsində deyil, həmçinin yekun musiqi bəstəsinin yarada biləcəyi emosional effekt barəsində məlumatları da birləşdirə bilər. MusicLM konkret musiqiçilərin vokallarını özlərində birləşdirən musiqi bəstələrini tərtib etməyəcək. Bu üsul ilə Google müəllif hüquqları ilə bağlı problemlərdən yan keçmək istəyir. 



DAHA ÇOX


Mobil tətbiq və oyun tərtibatçıları keçən il App Store vasitəsilə ümumilikdə 1 t..

Apple şirkətinin verdiyi məlumata əsasən App Store ekosistemi mobil tətbiq və oyun tərtibatçılarına ..


Mozilla Firefox brauzerinə süni zəka əsaslı çat-botu inteqrasiya edəcək

Verilmiş məlumata əsasən Mozilla şirkəti özünün Firefox brauzerinə süni zəka əsaslı çat-botu inteqra..


Apple şirkətinin My Photo Stream adlı pulsuz bulud servisi yaxın zamanda bağlana..

Apple istifadəçilərə xəbər verib ki, fotoların cihazlar arasında sinxronlaşdırılması üçün nəzərdə tu..


ChatGPT-nin iOS üçün olan tətbiqi Azərbaycanda da istifadəyə verilib

OpenAI şirkəti keçən həftənin sonunda ChatGPT-nin iOS üçün nəzərdə tutulmuş tətbiqini istifadəyə ver..


Google Youtube Shorts videoları üçün mətnli təsvirlər tərtib edən neyron şəbəkəs..

Google şirkətinin süni zəka sahəsində fəaliyyət göstərən DeepMind adlı komandası öz yeni layihəsində..


Opera brauzerinə Aria adlı süni zəka çat-botu əlavə edilib

Digər şirkətlərlə yanaşı Opera da süni zəka texnologiyaları vasitəsilə öz brauzerinin imkanlarını ge..

×