Google Photos-a Google Pixel smartfonlarında olmuş eksklüziv funksiya lavə edilib
Google şirkəti Google Photos servisinə faydalı bir dəyişikliyi əlavə edib. Belə ki, bundan sonra müasir iOS və Android smartfonların istifadəçiləri Google Photos vasitəsilə Magic Eraser funksiyasından istifadə edə biləcəklər. Qeyd etmək lazımdır ki, bu funksiya fotolardakı əlavə obyektləri aradan qaldırmağa imkan verir. Lakin bu məsələdə bir nüans var. Belə ki, Google Pixel modellərindən başqa hansısa digər brendlərin smartfonlarının istifadəçiləri üçün bu funksiya ödənişli olacaq. Daha öncə bu funksiya yalnız Google Pixel modellərində aktiv idi və o, Pixel 6 seriyasından başlayaraq istifadəyə verilmişdi. İndi Magic Eraser bütün iOS və Android istifadəçiləri üçün aktivləşdirilib. O bu hər iki platformada ödənişli Google One abunəliyinə qoşulmuş istifadəçilər üçün aktivdir.
Paylaş
Bənzər xəbərlər