main-post-cover

    Google Play Store-dakı blockchain əsaslı tətbiqlər üçün yeni qaydalar tərtib edilib

    Proqram Təminatı
    Servislər
    13.07.2023
    Emil Nəcəfov
        Google şirkəti Google Play Store-da olan Android tətbiqlər üçün blockchain kontentlər barəsində yeni siyasətini işə salacaq. Bu ilin 7 dekabr tarixində qüvvəyə minəcək yeni siyasət kriptovalyuta birjalarını, elektron portmanatları, NFT-ni və loot box-ları əhatə edəcək. Blockchain tərəfindən qorunan tokenləşdirilmiş rəqəmsal aktivlər üçün Google şirkətinin yeni siyasəti üzrə qaydalar aşağıdakı kimi olacaq.
    - Kriptovalyuta birjaları və elektron portmanatlar fəaliyyət göstərdikləri regionların qanunvericiliklərinə uyğun olmalıdırlar. Kriptovalyutaların alışı, saxlanması və mübadiləsi tənzimlənən yurisdiksiyalarda sertifikatlaşdırılmış servislər vasitəsilə reallaşdırılmalıdır. Google bildirib ki, o bu halda tərtibatçılardan əlavə məlumatların təqdim edilməsini tələb edə bilər. Bu, tərtibatçıların yeni qanun və normalara uyğun olduqlarından əmin olmaq üçün ediləcək
    - Tokenləşdirilmiş rəqəmsal aktivlərin satılmasını və ya qazanılmasını mümkün edən istənilən tətbiq bu prosesləri reallaşdırdığını təsdiq etməli olacaq. Bununla əlaqədar olaraq tərtibatçılar oyun və ya ticarət fəaliyyətindən potensial gəlirləri reklam edə bilməzlər
    - Qumar kateqoriyasına daxil olan və özündə NFT kimi rəqəmsal aktivləri birləşdirən istənilən oyun tətbiqi Google şirkətinin sorğuların baxılması üçün nəzərdə tutulmuş xüsusi yoxlanışından keçməli olacaq. Şirkətin tələblərinə uyğun olmayacaq tətbiqlərdə qiyməti məlum olmayan NFT-nin pul qarşılığında əldə edilməsi şansı mümkün olmayacaq.
        Google şirkətinin yeni qanunları həmçinin cihazlarda kriptovalyuta mayninqini də qadağan edir. Bu qadağa daha öncə də var idi. Lakin o, maliyyə xidmətləri hissəsindən əsas Google qaydalarına köçürülüb.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər