Reklam
Google Play Store daxilində köhnə tətbiqlər gizlədiləcək

Google Play Store daxilində köhnə tətbiqlər gizlədiləcək

Servislər
07.04.2022 PAYLAŞIM

    Google şirkəti Play Store-dakı köhnə tətbiqləri gizlətməyə başlayacaq. Bu cür tətbiqlərdən istifadə edən şəxslər üçün onlar hələ də əlçatan olacaqlar. Lakin yeni istifadəçilər sözügedən tətbiqləri tapa və öz cihazlarına quraşdıra bilməyəcəklər. Verilmiş məlumata əsasən Google Play Store-da 3.5 milyon tətbiq mövcuddur. Onlardan çoxu isə artıq uzun müddətdir ki, müasir proqram təminatı tələblərinə cavab vermir. Çox halda bu cür tətbiqlər heç bir təhlükə mənbəyi daşımırlar. Lakin buna baxmayaraq Google şirkəti istifadəçilər üçün ola biləcək riskləri minimuma endirmək istəyir. Beləliklə şirkət bu ilin noyabr ayından başlayaraq köhnə tətbiqləri Google Play Store daxilində gizlətməyə başlayacaq.

    Bu cür tətbiqlərdən istifadə edənlər onlardan istifadə etməyə davam edə biləcəklər. Sözügedən tətbiqlərin istifadəçiləri həmin tətbiqləri Play Store-da tapa biləcəklər və hətta yeni smartfona keçid və ya mövcud smartfondakı ayarların sıfırlanması halında da onları yenidən yükləyə biləcəklər. Google şirkətinin yeni strategiyası məhz köhnə tətbiqləri öz cihazlarına heç zaman quraşdırmamış istifadəçiləri əhatə edir. Söhbət, mövcud Android API versiyasından 2 yaş daha böyük olan Android API-ya sahib tətbiqlərdən gedir.


    Başqa sözlə desək, Android 10 və daha əvvəlki Android versiyalar ilə uyğunlaşan tətbiqlər yeni istifadəçilərdən gizlədiləcək. Google şirkətinin sözlərinə əsasən bu üsul ilə istifadəçilər yeni Android versiyalarının təqdim etdikləri bütün təhlükəsizlik və konfidensiallıq funksiyalarından istifadə edə biləcəklər. API-ya olan tələblərin sərtləşdirilməsi isə öz növbəsində istifadəçiləri lazımi təhlükəsizlik səviyyəsinə sahib olmayan köhnə tətbiqlərin quraşdırılmasından qoruyacaq. Bu və ya digər tətbiqin Google tələblərinə uyub-uymaması birbaşa tərtibatçıdan asılı olacaq. Tərtibatçıların çoxu öz tətbiqlərini daimi şəkildə yeniləyirlər. Buna görə də Google şirkətinin yeni qərarı aktual olan tətbiqlərin istifadəçilərini əhatə etməyəcək.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Adobe Photoshop-un pulsuz veb versiyasını istifadəyə verib

Adobe şirkəti Photoshop tətbiqinin güclü kompüter və ödənişli abunəlik tələb etməyən versiyasının te..


Google Search ilə rəqabət?: Apple gələn il öz axtarış servisini təqdim edə bilər..

Robert Scoble adlı blogger öz Twitter hesabında məlumat verib ki, Apple şirkəti fərdi axtarış servis..


Apple tərtibatçılara köhnəlmiş tətbiqlərin yenilənmələri üçün 90 gün vaxt verib..

Bir neçə müddət bundan öncə məlum oldu ki, Apple şirkəti uzun müddət ərzində yenilənməmiş, az sayda ..


Apple istifadəçilər tərəfindən yüklənməyən tətbiqləri App Store-dan siləcək..

Bir neçə gün bundan öncə Apple şirkəti rəsmi olaraq xəbər verdi ki, o, uzun müddət ərzində yenilənmə..


Google Play Store tətbiqlərin hansı istifadəçi məlumatlarını yığdıqlarını bildir..

Google şirkəti hələ keçən ilin yaz fəslində özünün tətbiqlər mağazası olan Google Play Store üçün an..


Uzun müddət ərzində yenilənməmiş tətbiqlər App Store-dan silinəcəklər..

Bir neçə müddət bundan öncə Google rəsmi olaraq bildirmişdi ki, uzun müddət ərzində yenilənməmiş tət..

×