Google Search-də axtarış nəticələri daha çoz vizual üslubda təqdim olunacaq

Google Search-də axtarış nəticələri daha çoz vizual üslubda təqdim olunacaq

Servislər
08.05.2023 PAYLAŞIM

    Google öz axtarış xidmətini daha vizual, rahat, personallaşdırılmış və gənc istifadəçilərə istiqamətlənmiş etməyi planlaşdırır. Məlumatda qeyd edilib ki, bu cür qərar ChatGPT-yə bənzər süni zəka əsaslı servislərin istifadəçilər arasında daha çox məşhurlaşmalarındadır. Bu cür servislər isə internetin həm biznes həm də ictimaiyyət üçün çalışma üsulunu tamamilə dəyişə bilər. Beləliklə Google tədricən axtarış nəticələrində ənənəvi 10 ədəd link modelindən imtina edəcək.

    Bu üsul ilə şirkət axtarış servisinin xidmətini hər bir istifadəçi üçün unikal vəziyyətə salacaq. 10 may tarixində start götürəcək Google I/O 2023 konfransı çərçivəsində şirkətin öz axtarış servisi üçün süni zəka əsaslı funksiyaları təqdim edəcəyi gözlənilir. Şirkətin bu istiqamətdə hazırlanan layihəsi Magi adlanır. Güman olunur ki, Google tərəfindən hazırlanan funksiyalardan biri çərçivəsində istifadəçilər süni zəka əsaslı sistem ilə ünsiyyət qura biləcəklər. Məlumatda qeyd edilib ki, Google istifadəçilərin axtarış sorğularına adi linklərin deyil, vizuala istiqamətlənmiş axtarış nəticələrinin təqdim edilməsinə böyük diqqət ayıracaq.




DAHA ÇOX


Huawei özünü süni zəka əsaslı çat-botunu istifadəyə verməyə hazırlaşır..

Hələ 2021-ci ildə Huawei şirkəti özünün Pangu adlı böyük dil modelini yaratmışdı.


Mobil tətbiq və oyun tərtibatçıları keçən il App Store vasitəsilə ümumilikdə 1 t..

Apple şirkətinin verdiyi məlumata əsasən App Store ekosistemi mobil tətbiq və oyun tərtibatçılarına ..


Mozilla Firefox brauzerinə süni zəka əsaslı çat-botu inteqrasiya edəcək

Verilmiş məlumata əsasən Mozilla şirkəti özünün Firefox brauzerinə süni zəka əsaslı çat-botu inteqra..


Apple şirkətinin My Photo Stream adlı pulsuz bulud servisi yaxın zamanda bağlana..

Apple istifadəçilərə xəbər verib ki, fotoların cihazlar arasında sinxronlaşdırılması üçün nəzərdə tu..


ChatGPT-nin iOS üçün olan tətbiqi Azərbaycanda da istifadəyə verilib

OpenAI şirkəti keçən həftənin sonunda ChatGPT-nin iOS üçün nəzərdə tutulmuş tətbiqini istifadəyə ver..


Google Youtube Shorts videoları üçün mətnli təsvirlər tərtib edən neyron şəbəkəs..

Google şirkətinin süni zəka sahəsində fəaliyyət göstərən DeepMind adlı komandası öz yeni layihəsində..

×