Logo
    main-post-cover

    Google Search-ə fake məlumatlarla mübarizə funksiyaları əlavə edilib

    Servislər
    29.03.2023
    Emil
        Google Search fake məlumatlarla mübarizəyə hədəflənmiş 3 yeni funksiya əldə edib. Yeni funksiyalar istifadəçini maraqlandıran mövzuya müxtəlif nöqteyi nəzərlərdən baxmağa imkan verir, bu və ya digər paylaşımın müəllifi barəsində məlumatları təqdim edir və bəzi materialların doğru olmayan mənbələri barəsində xəbərdarlıq edirlər. Birinci funksiya Perspectives adını əldə edib və o, Google Search-ə alternativ axtarış nəticələri siyahısını əlavə edir.
    Google
        Bu siyahıda istifadəçi tərəfindən axtarılan mövzuya müxtəli nöqteyi nəzərləri özlərində birləşdirən məqalə fraqmentləri və müxtəlif mənbə linkləri əks olunur. Məsələn istifadəçi “koronavirusun mənşəyi” kimi bir mövzunun axtarışını reallaşdıran zaman Google Search-də ənənəvi axtarış nəticələri ilə birlikdə Perspectives siyahısı əks olunacaq və həmin siyahıda müxtəlif nüfuzlu alimlərin fikirləri əks olunacaq. Yaxın zamanda bu funksiya yalnız ABŞ-dakı Google Search istifadəçiləri üçün aktivləşdiriləcək.
    Google
        İkinci funksiya axtarış nəticələrində əks olunan məqalə fraqmentlərinin müəllifi barəsində məlumat əldə etməyə imkan verir. Üçüncü funksiya isə “About this site” pəncərəsinin ən əsas axtarış nəticələrində əks olunmasıdır. O, axtarılan lazımi sayt barəsində təsviri bir neçə mənbədən əks etdirir. Bu funksiya da ABŞ-dakı Google Search istifadəçiləri üçün aktiv olacaq. Lakin üçüncü funksiya daha sonra digər regionlardakı istifadəçilər üçün də aktivləşdirilə bilər.
    Google
    Paylaş
    Bənzər xəbərlər