Reklam
Google Search ilə rəqabət?: Apple gələn il öz axtarış servisini təqdim edə bilər

Google Search ilə rəqabət?: Apple gələn il öz axtarış servisini təqdim edə bilər

Servislər
03.06.2022 PAYLAŞIM

    Robert Scoble adlı blogger öz Twitter hesabında məlumat verib ki, Apple şirkəti fərdi axtarış servisi üzərində çalışır və onun anonsu gələn ilin yanvar ayında baş tuta bilər. Scoble bildirib ki, bu məlumat onun mənbəsi ilə olmuş söhbətlərə və onun tərəfindən gəlinmiş nəticəyə əsaslanır. Onun sözlərinə əsasən bu, indiyənə kimi olmuş ən bahalı məhsul anonsu olacaq. Apple şirkətinin öz axtarış sistemini işə salması çoxlu sayda səbəbə görə böyük məna kəsb edir. Onlardan biri də Apple şirkətinin uzun illər ərzində Google ilə rəqabət aparması və axtarış sistemləri bazarında Google məhsulunun lazımi səviyyədə alternativinin olmaması ilə bağlıdır. Bununla yanaşı Google şirkətinin sahib olan Alphabet holdinqinin maliyyə hesabatına əsasən şirkətin əldə etdiyi mənfəətin böyük hissəsi məhz axtarış sisteminin üzərinə düşür. Belə ki, şirkət 2021-ci il üzrə reklamlardan 210 milyard dollar mənfəət əldə edib.

    Heç istisna deyil ki, Apple şirkətinin öz axtarış sisteminin anonsunu reallaşdırmaq zamanı artıq gəlib çatıb. Belə ki, şirkətin iOS Safari kimi platformalarının istifadəçi kütləsi inanılmaz dərəcədə artıb və bu səbəbədən də şirkət Google monopoliyasına meydan oxuya bilər. Digər tərəfdən Apple Google axtarış sisteminin Safari brauzerində standart axtarış sistemi kimi istifadə edilməsi üçün artıq uzun illərdir ki, Google şirkətindən böyük miqdarda ödəniş əldə edir. Bəzi məlumatlara əsasən bu məsələ ilə bağlı Google Apple şirkətinə ildə 20 milyard dollar vəsait ödəyir. Məlumatda qeyd edilib ki, iki şirkət arasındakı bu müqaviləyə əsasən Apple öz axtarış sistemini işə sala bilməz. Lakin bu müqavilənin ləğv edilməsi halında Safari brauzerinin 1 milyard istifadəçi kütləsi Apple şirkətinin potensial axtarış sistemini inkişaf etdirə bilər.


    Bundan əlavə olaraq son illərdə ABŞ hökuməti antimonopoliya qanunvericiliyini daha da sərtləşdirir və bu baxımdan alternativ variantın olması müsbət qarşılana bilər. Lakin bütün bu faktorlar heç də həmişə uğura gətirən faktorlar deyillər. Məsələn Microsoft şirkətinin PC üçün nəzərdə tutumuş ən məşhur əməliyyat sistemini idarə etməsinə baxmayaraq o, nə brauzer bazarında nə də ki, axtarış sistemləri sahəsində diqqət çəkəcək bir uğura imza ata bilmədi. Buna baxmayaraq Apple həmişə praqmatik şirkət olub və o öz istəyi ilə müqavilənin ləğv edilməsindən öncə reklamlardan olacaq gəlirlərin nəticədə itiriləcək milyardlarla dolları qarşılayacaqlarına əmin olmalıdır. Digər tərəfdən Apple şirkətinin planları o qədər də qlobal olmaya bilərlər. Belə ki, şirkət sadəcə olaraq Siri-nin imkanlarını genişləndirmək üçün nəzərdə tutulmuş axtarış sistemi yarada bilər.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Adobe Photoshop-un pulsuz veb versiyasını istifadəyə verib

Adobe şirkəti Photoshop tətbiqinin güclü kompüter və ödənişli abunəlik tələb etməyən versiyasının te..


Apple tərtibatçılara köhnəlmiş tətbiqlərin yenilənmələri üçün 90 gün vaxt verib..

Bir neçə müddət bundan öncə məlum oldu ki, Apple şirkəti uzun müddət ərzində yenilənməmiş, az sayda ..


Apple istifadəçilər tərəfindən yüklənməyən tətbiqləri App Store-dan siləcək..

Bir neçə gün bundan öncə Apple şirkəti rəsmi olaraq xəbər verdi ki, o, uzun müddət ərzində yenilənmə..


Google Play Store tətbiqlərin hansı istifadəçi məlumatlarını yığdıqlarını bildir..

Google şirkəti hələ keçən ilin yaz fəslində özünün tətbiqlər mağazası olan Google Play Store üçün an..


Uzun müddət ərzində yenilənməmiş tətbiqlər App Store-dan silinəcəklər..

Bir neçə müddət bundan öncə Google rəsmi olaraq bildirmişdi ki, uzun müddət ərzində yenilənməmiş tət..


Google Play Store daxilində köhnə tətbiqlər gizlədiləcək

Google şirkəti Play Store-dakı köhnə tətbiqləri gizlətməyə başlayacaq.

×