
Google Search və Google Lens həndəsə və triqonometriya tapşırıqlarının yerinə yetirilməsində yardımçı olacaqlar
Servislər
31.10.2023
Emil
Google şirkəti özünün Google Search və Google Lens servislərinə riyaziyyat və təbiət elmləri ilə bağlı tapşırıqların yerinə yetirilməsi funksiyasını əlavə edib. Beləliklə bundan sonra Google Search və Google Lens həndəsə, triqonometriya və hətta fizika ilə bağlı tapşırıqların yerinə yetirilməsində yardımçı olacaqlar. Sadəcə olaraq müvafiq tapşırığı qeyd etmək və ya onun fotosunu çəkmək lazım gələcək. Google şirkətinin süni zəka sistemi isə öz növbəsində təqdim edilmiş tapşırığın həll üsulunu addım-addım ətraflı şəkildə təqdim edəcək. Bu yeni funksiya adları sadalanmış servislərin həm veb həm də mobil versiyalarında çalışacaq.





Paylaş
Ən çox oxunanlar

Natasha AI adı altında yüzlərlə hindu proqramçı fəaliyyət göstərib
