Logo
    main-post-cover

    Google şirkəti Chrome brauzeri üçün yeni faydalı funksiyanı hazırlayır

    Servislər
    27.07.2023
    Emil
        İnsayderlərin vermiş olduqları yeni məlumata əsasən Google şirkəti özünün Chrome brauzeri üçün yeni faydalı funksiya üzərində çalışır. Söhbət, veb səhifələrin ön baxışı funksiyasından gedir. Sözügedən yeni funksiya bu cür prinsiplə çalışacaq. İstifadəçi mouse oxunu hər hansısa link üzərində saxlayan zaman ox işarəsinin yanında kiçik pəncərə ortaya çıxacaq və həmin pəncərədə linkdəki saytın mini versiyası əks olunacaq. Bununla yanaşı şirkət bu yeni funksiya çərçivəsində bir qovluqda bir neçə mini pəncərənin açılması imkanının dəstəyini də reallaşdıra bilər. Sözügedən yeni funksiyanın stabil Google Chrome-da nə zaman və hansı şəkildə istifadəyə veriləcəyi bilinmir.
    Paylaş
    Bənzər xəbərlər