
İstifadəçilər ChatGPT-dən şikayətlənməyə başlayıblar
Xarici kütləvi informasiya vasitələrinin verdikəri məlumata əsasən ChatGPT istifadəçilərinin sözügedən çat-bot barəsində müsbət fikirləri artıq skeptik fikirlərlə əvəzlənməyə başlayıb. Onlar süni zəka əsaslı çat-botun çalışma keyfiyyətindən daha çox şikayətlənməyə başlayıblar. OpenAI şirkətinin serverlərinə müraciət edən istifadəçilərin sayı isə azalıb. Insider saytının verdiyi məlumata əsasən ChatGPT-nin aylıq ödənişli ChatGPT Plus versiyasından istifadə edənlər bildiriblər ki, çat-botla çalışma zamanı onun təqdim etdiyi nəticələrin keyfiyyətləri aşağı düşüb. ChatGPT Plus-ın əsasında dayanan GPT-4 dil modeli daha əvvəlki GPT-3.5 dil modelindən sürətli çalışsa da, tərtib edilən cavabların doğruluqlarında problemlər yaşanır.
GPT-4-ün çalışma prosesində yaranan problemlər barəsində ilk məlumatlar hələ may ayında ortaya çıxmışdı. Son həftələrdə isə problemlərin sayı daha da artıb. Məsələn ChatGPT Plus istifadəçilərindən biri qeyd edib ki, çat-botdan istifadə təcrübəsi ani olaraq köhnə pikapa çevrilmiş Ferrari-nin idarə edilməsinə bənzəyib. Süni zəka sahəsi ilə bağlı olan cəmiyyətin bəzi üzvlərinin fikirlərinə əsasən çat-botun əsasında dayanan alqoritmin işindəki dəyişikliklər neyron şəbəkəsinin çalışma konseptinin dəyişməsi ilə əlaqəlidir. Bəzi məlumatlara əsasən GPT-4 dil modeli çoxlu sayda daha kiçik dil modelinə bölünmüş ola bilər. Bu isə resurslara qənaətin edilməsi istiqamətində edilmiş ola bilər.
Bənzər xəbərlər
Şərhlər
Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.
Şərhlər yüklənir...