
Meta platformalarında süni zəka əsaslı virtual personajlar istifadəyə veriləcək
Artıq sentyabr ayında Meta şirkətinin Facebook və Instagram platformalarında çoxfunksional süni zəka personajları istifadəyə veriləcək. İstifadəyə veriləcək süni zəka əsaslı virtual personajlar platforma çərçivəsində axtarış prosesində, məsləhətlərin alınmasında və Meta-nın servisləri ilə müxtəlif qarşılıqlı əlaqə məsələlərində istifadəçilərə yardımçı olacaqlar. Sözügedən virtual personajlar çat-bot formatında olacaqlar və real, abstratk şəxsləri kopyalacaqlar. Məsələn onlardan biri özünü sörfinq ilə məşğul olmağı sevən şəxs kimi, digəri isə ABŞ-ın 16-cı prezidenti Avraam Linkoln kimi qələmə verəcək.
Bu maraqlı yenilik Meta şirkətinin platformalarına bir çox istiqamətlər üzrə rəqabət aparmağa imkan verəcək. Bir tərəfdən bu, istifadəçilərin Meta platformalarındakı aktivliklərini yüksəldəcək, digər tərəfdən isə şirkət süni zəka sahəsindəki imkanlarını sərgiləyəcək. Qeyd etmək lazımdır ki, Meta öz platformalarına süni zəka imkanlarının inteqrasiyası planını hələ fevral ayında elan etmişdi. İyun ayında isə şirkət bildirmişdi ki, onun bu istiqamətdə reallaşdıracağı yeniliklərdən biri süni zəka əsaslı virtual personajlar olacaq. Sözügedən personajlar əyləncə və yardım məqsədli personajlar olacaqlar.
Paylaş
Bənzər xəbərlər