Logo
    main-post-cover

    Microsoft Bing axtarış sisteminin çat-botuna reklam elanları yerləşdirməyə başlayıb

    Servislər
    30.03.2023
    Emil
        Hələ bir neçə müddət bundan öncə məlumat ortaya çıxmışdı ki, Microsoft şirkəti Bing axtarış sisteminin daxilində olan süni zəka əsaslı çat-bota reklamların yerləşdirilməsi imkanını nəzərdən keçirdir. Dünən isə Microsoft-un korporativ vitse-prezidenti Yusuf Mehdi şirkətin Bing çat-botuna reklamların yerləşdirilməsi imkanını həqiqətən də nəzərdən keçirtdiyini söylərəyək bu məlumatı təsdiqləmiş oldu. Məlum olub ki, bəzi istifadəçilər artıq Bing çat-botu daxilində reklam elanlarını görməyə başlayıblar. Hal hazırda olan versiyaya əsasən reklam elanları istifadəçinin axtardığı bu və ya digər mövzu əsasında sərgilənir. Lakin rəsmi məlumata əsasən Bing çat-botu daxilində reklam elanlarının sərgilənməsi hal hazırda test mərhələsindədir. Buna görə də nəticədə çat-bot daxilində reklam elanlarının necə və hansı sayda sərgilənəcəyi hələ bilinmir.
    Paylaş
    Bənzər xəbərlər