Logo
    main-post-cover

    Microsoft Edge brauzerində VPN servis dəstəyi istifadəyə verilib

    Servislər
    22.02.2023
    Emil
        Microsoft şirkəti 1 il bundan öncə Secure Network adlı VPN servisə sahib Edge brauzerini test etməyə başlamışdı. Görünür, yeni funksiyanın test müddəti artıq başa çatıb. Belə ki, bəzi istifadəçilər Edge brauzerinin son stabil versiyasında VPN funksiyanı əldə etməyə başlaypıblar. Edge brauzerində VPN servisin dəstəyi Microsoft ilə Cloudflare arasındakı əməkdaşlıq çərçivəsində reallaşdırılıb. Pulsuz tarif çərçivəsində istifadəçilərə 1 GB VPN trafik təklif edilir. Microsoft bildirib ki, ənənəvi VPN servislərdən fərqli olaraq Secure Network adlı VPN servisi IP ünvanın dəyişməsi vasitəsilə regional məhdudiyyətlərdən yan keçməyə imkan vermir. Məsələ burasındadır ki, VPN servis istifadəçinin regionunda olan serverləri avtomatik şəkildə seçərək ümumi şəbəkələrdən təhlükəsiz istifadəni təmin edir. Başqa sözlə desək, Secure Network yalnız konfidensiallığın qorunmasında istifadə edilə bilər.
    Paylaş
    Bənzər xəbərlər