Microsoft Dynamics-in Premium istifadəçiləri üçün Viva Sales tətbiqi pulsuz şəkildə təqdim edilir. Salesforce sisteminin istifadəçiləri isə sözügedən tətbiqdən faydalanmaq üçün ayda 40$ ödəməli olacaqlar. Süni zəka əsaslı alqoritmlərin Microsoft məhsullarına inteqrasiya edilməsi öz növbəsində Microsoft-un OpenAI şirkəti ilə əməkdaşlığının nəticəsidir. Qeyd etmək lazımdır ki, yaxın zamanda Microsoft-un
Bing axtarış sistemində ChatGPT əsasında axtarış imkanı da istifadəyə verilməlidir.