Reklam
Microsoft ünsiyyət üçün Mesh adlı holoqrafik servisi təqdim edib (VİDEO)

Microsoft ünsiyyət üçün Mesh adlı holoqrafik servisi təqdim edib (VİDEO)

Servislər
03.03.2021 PAYLAŞIM

    Microsoft şirkəti virtual mühitdə çalışmaq və ünsiyyət qurmaq üçün nəzərdə tutulmuş Mesh adlı platformanı təqdim edib. Bu platformada şəxsi 3D avatarı yaratmaq üçün xüsusi təchizata sahib olmaq lazım deyil. Bəzi funksiyalar hətta smartfon istifadəçiləri üçün də aktiv olacaq. Şirkət gələcəkdə real görünən holoqram sistemini yaradacağına söz verib. Bu halda ünsiyyətdə olan şəxslər bir-birilərinin holoqramlarını otaqlarında görə biləcəklər. Microsoft Mesh virtual görüşlərin keyfiyyətlərini yaxşılaşdırmaq üçün nəzərdə tutulub və təhsil, online konfranslar, uzaqdan kömək kimi sahələrdə istifadə oluna bilər.


    3D kontent və ya real zaman ərzində iki şəxsin bir-biri ilə qarşılıqlı əlaqədə olması üçün istifadəçilər artırılmış və ya virtual reallıq təchizatı almağa ehtiyac duymayacaqlar. Bununla belə təqdim edilmiş bu yeni texnologiya həm Microsoft-un Hololens 2 həm də digər istehsalçıların cihazları ilə uyğunlaşa bilir. İlkin mərhələdə Microsoft Mesh istifadəçiləri virtual avatar şəklində təqdim olunacaqlar. Gələcəkdə isə tərtibatçılar realistik 3D holoqram sistemini reallaşdırmağı planlaşdırırlar.

    Microsoft Mesh-in rellaşdırılması şirkətin Teams Dynamic Office 365 servislərinin inteqrasiyası ilə başlayacaq. Gözləntilərə əsasən mühəndislər, dizaynerlər və digər sahələrin işçiləri tərəfindən bu texnologiyaya yüksək tələbat olacaq. Hal hazırda Microsoft Mesh tətbiqini yalnız Hololens 2 cihazının istifadəçiləri test edə bilərlər. Bunun üçün onlar AltspaceVR adlı vrutal reallıq platformasında qeydiyyatdan keçməli olacaqlar. Sözügedən texnologiyanın smartfonlar və digər cihazlar üçün nə zaman təqdim olunacağı barəsində məlumatı şirkət daha sonra verəcək.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Bu tətbiqlər sizin məlumatları heç kimə verən deyil - TOP 3

İnternet məcrasında və rəqəmsal dünyada başımıza gələcək ən pis hadisələrdən biri də şəxsi məlumatla..


Bu 4 tətbiq həyatını dəyişəcək - Tech-Help

Həyatımızı dəyişəcək və bir növ daha yaxşı yaşamağımıza səbəb olacaq tətbiqlər rubrikamızda bu dəfə ..


Google mobil oyunlar ilə tətbiqlər daxilində qıcıqlandırıcı reklamlara müəyyən q..

Google özünün tətbiqlər mağazası olan Google Play Store-dan köhnəlmiş tətbiqləri silməklə yanaşı həm..


ByteDance şirkəti TikTok Music servisini istifadayə verməyə hazırlaşır

Məşhur video platforma olan TikTok-un sahibi ByteDance şirkəti bu ilin may ayında ABŞ-ın Ticarət niş..


Google Play Store region dəyişmə qaydası (bağlı oyunları yüklə)

Google Play Store-da bəzi tətbiq və oyunlar var ki, tərtibatçılar bu oyun və həlləri yalnız müvafiq ..

×