
Microsoft WeChat tərzində super tətbiq yarada bilər
Servislər
07.12.2022
Emil
Verilmiş yeni məlumata əsasən Google və Apple şirkətlərinin mobil axtarış bazarında monopolist olduqlarına görə Microsoft şirkəti öz mobil layihəsini işə salmağı hədəfləyib. Şirkət mobil texnologiyalar sahəsində monopolistlərlə rəqabət apara biləcək super tətbiqin yaradılmasını istisna etmir. Jurnalistlərin sözlərinə əsasən Microsoft WeChat-a bənzəyəcək mobil tətbiq hazırlaya bilər. Qeyd etmək lazımdır ki, WeChat istifadəçilər arasında ünsiyyət qurmağa, müxtəlif növ alış-verişləri reallaşdırmağa, sosial media kontentlərindən yararlanmağa və s. kimi əməliyyatlar reallaşdırmağa imkan verir. Bu cür tətbiqlər super tətbiqlər adlanırlar. Məlumatda qeyd edilib ki, Microsoft şirkəti məhz WeChat-dan ilhamlanır. Məlumdur ki, WeChat tərzində yeni super tətbiqin yaradılmasında Elon Musk da maraqlıdır.
Belə ki, Musk Twitter-i məhz super tətbiqə çevirmək niyyətindədir. Uzun illər bundan öncə Microsoft Windows Mobile əməliyyat sisteminin inkişafından imtina etdi və mobil texnologiyalar bazarını bir növ Google ilə Apple şirkətlərinə həvalə etdi. Google ilə Apple isə mobil bazarda Android və iOS əməliyyat sistemlərinə sahibdirlər. Bu əməliyyat sistemləri isə öz növbələrində Google Play və App Store platformalarına sahibdirlər. Məlumatda qeyd edilib ki, Microsoft istəyir ki, onun potensial gələcək mobil super tətbiqi şirkətin reklam biznesini və Bing axtarış sistemini ciddi şəkildə inkişaf etdirsin və ünsiyyət üçün nəzərdə tutulmuş Teams servisinin yüksək səviyyədə məşhurlaşmasına səbəb olsun.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Nothing Phone (3) subflaqman smartfonu təqdim edilib - QİYMƏTİ
