
Mətn formatında təsvirlər əsasında fotoların tərtib edilməsi imkanını verən Midjourney adlı neyron şəbəkəsi 5.1 versiyasına kimi yenilənib. Tərtibatçıların sözlərinə əsasən Midjourney 5.1 istifadəçilərin sorğularını daha yaxşı anlaya bilir. Bununla yanaşı neyron şəbəkəsinin yeni versiyasının tərtib etdiyi fotoların keyfiyyətləri daha yüksək olurlar. Təqdim edilmiş nümunələrdə sol tərəfdə Midjourney 5.0, sağ tərəfdə isə Midjourney 5.1 tərəfindənt tərtib edilmiş fotolar əks olunub.
Birinci nümunədə görmək olar ki, neyron şəbəkəsinin yeni versiyası rəng çalarları ilə daha yaxşı çalışa bilib. Belə ki, rəng çalarları daha təbii görünürlər. İkinci nümunə çərçivəsində neyron şəbəkəsindən üzgüçülük eynəyi taxmış uşağın fotosunun tərtib edilməsi istənilib. Bəzi fotolarda süni zəkanın izləri bilinsə də, neyron şəbəkəsinin yeni versiyası kölgələr və işıqlandırma ilə daha yaxşı çalışa bilir. Hal hazırda Midjourney 5.1 test mərhələsindədir.