Logo
    main-post-cover

    Mozilla: 'Mobil tətbiqlərin 80%-i Google Play-də istifadəçi məlumatlarının təhlükəsizlikləri barəsində yalnış məlumatları yerləşdirib'

    Servislər
    24.02.2023
    Emil
        Mozilla Foundation adlı qeyri-kommersiya təşkilatı Play Market-dəki tətbiqlərin təsvirlərində olan Data Security bəndində düzgün məlumatların 80% halda düzgün qeyd edilmədiyi məsələsində Google şirkətini günahlandırıb. Belə ki, Facebook, TikTok Twitter kimi tətbiqlərin Play Market-də olan təsvirlərindəki Data Security barəsində olan məlumatlar heç də reallığı əks etdirmirlər. Bu tətbiqlərin Play Market-dəki təsvirlərində qeyd edilib ki, onlar istifadəçi məlumatlarını üçüncü tərəflərə ötürmürlər.
        Lakin bu tətbiqlərin konfidensiallıq siyasətlərində qeyd edilib ki, onlar məlumatları reklam verənlər, internet provayderləri, müxtəlif platformalar və kənar şirkətlərə ötürürlər. Mozilla mütəxəssisləri bu məsələ ilə bağlı 40 ədəd tətbiqi və onların tərtibatçıları tərəfindən tətbiqlərin Play Market-dəki səhifələrində qeyd edilmiş məlumatları yoxlayıblar. Məlum olub ki, yoxlanılmış tətbiqlərin Play Market-dəki səhifələrində qeyd edilmiş 5 məlumatdan 4-ü reallığı əks etdirmir. Bundan əlavə olaraq mütəxəssislər belə qənaətə gəliblər ki, yerləşdirilmiş məlumatlar yalnız 15% halda həqiqətə uyğundurlar. Bu məsələdə ən aşağı nəticələri Facebook, Facebook Messenger, Samsung Push Services, Snapchat, Facebook Lite Twitter tətbiqləri sərgiləyiblər.
    Paylaş
    Bənzər xəbərlər