Logo
    main-post-cover

    OpenAI tərtibatçılara GPT-4-ün API-nı təqdim edib

    Servislər
    11.07.2023
    Emil
        OpenAI şirkəti tərtibatçılara bulud API üzərindən süni zəka əsaslı GPT-4 dil modelini təqdim edib. Şirkət həmçinin tərtibatçılara özünün əvvəlki süni zəka əsaslı 3 dil modelini də təqdim edib. Şirkət üstəlik daha əvvəlki neyron şəbəkələrindən tədricən imtina etmə planlarından danışıb. Qeyd etmək lazımdır ki, OpenAI şirkəti GPT-4-ü bu ilin mart ayında təqdim etmişdi. Bu, GPT-3-ün davamçısı hesab edilir. GPT-3-dən fərqli olaraq GPT-4 istifadəçilərin sorğularını daha effektiv şəkildə başa düşür, cavabları sürətlə tərtib edir və hətta istifadəçilərin sorğularını fotolar şəklində qəbul edə bilir. GPT-4-ün API-ı tərtibatçılara bu süni zəka əsaslı dil modelini fərdi tətbiqlərə inteqrasiya etməyə imkan verir.
        GPT-4 OpenAI şirkətinin API-larını daha öncə əldə etmiş şirkət müştəriləri üçün hal hazırda artıq aktivdir. Yeni tərtibatçılar üçün isə GPT-4 bu ay ərzində təqdim olunacaq. Şirkət gələcəkdə API-dan istifadə limitinin yüksəldilməsini planlaşdırır. Şirkət tərtibatçılara GPT-4 ilə yanaşı həmçinin GPT-3.5 Turbo-nu, mətn formatında təsvirlər əsasında fotoların tərtib edilməsi üçün nəzərdə tutulmuş DALL-E neyron şəbəkəsini və danışıq nitqinin tanınması və təyini üçün nəzərdə tutulmuş Whisperer adlı neyron şəbəkəsini təqdim edib. Bütün bu sistemlərin API-ları tərtibatçılar üçün aktivdir. OpenAI bildirib ki, o, API üzərindən təqdim edilən daha əvvəlki dil modellərinin dəstəklərini dayandıracaq. Həmin dil modelləri 4 yanvar 2024-cü il tarixində deaktiv ediləcəklər.
    Paylaş
    Bənzər xəbərlər