
Opera brauzerinin iOS versiyası pulsuz VPN dəstəyini əldə edib
Opera brauzerinin tərtibatçıları elan ediblər ki, brauzerin iOS versiyası pulsuz VPN servis dəstəyini əldə edib. Qeyd etmək lazımdır ki, Opera-nın Android, Windows, macOS, Linux versiyalarında pulsuz VPN servis dəstəyi artıq uzun müddətdir ki, mövcud idi. İndi isə bu funksiya brauzerin iOS versiyasında istifadəyə verilib. Pulsuz VPN servisdən istifadə etmək üçün iPhone istifadəçisi onu brauzerin əsas menyusunda aktivləşdirməlidir.
Opera bildirib ki, onun brauzerindəki VPN servisi konfidensiallıq siyasətinin tələblərinə uyğun çalışır və buna görə də o, istifadəçilərin özəl məlumatlarını yığmır və istifadəçi tərəfindən baxılmış veb səhifələrin tarixçələrini özündə saxlamır. Məlumatda qeyd edilib ki, Opera daxilində VPN servis iOS üçün test rejimində istifadəyə verilib və hal hazırda yalnız bəzi regionlarda aktivdir. Lakin yaxın həftələrdə VPN bütün iOS istifadəçiləri üçün aktivləşdiriləcək.
Paylaş
Bənzər xəbərlər