Logo
    main-post-cover

    Picsart-a süni zəka vasitəsilə animasiyalı GIF-lərin tərtib edilməsi funksiyası əlavə edilib

    Servislər
    05.07.2023
    Emil
        Picsart adlı məşhur foto redaktor tətbiqi süni zəka əsasında animasiyalı GIF-lərin tərtib edilməsi funksiyasını əldə edib. Bu yeni funksiya animasiyalı GIF-lərin axtarılması yerinə mətn formatında təsvirlər əsasında onların tərtib edilməsi imkanını verir. Məsələn istifadəçi tətbiqə daxil olub bu funksiyadan istifadə edərək Ayda rəqs edən kapibara animasiyalı GIF-i tərtib edə bilər. Buna bənzər animasiyalı GIF-i tərtib etmək üçün istifadəçi tətbiq daxilindəki çat bölməsində lazım olan animasiyalı GIF-in təsvirini mətn formatında daxil etməlidir. Bunu edəndən sonra süni zəka sistemi 1 dəqiqə ərzində animasiyalı GIF-i tərtib edəcək. İstifadəçi süni zəka tərəfindən tərtib edilmiş animasiyalı GIF-i həmçinin öz cihazına yükləyə, qrup çatında bölüşə və ya kiməsə göndərə bilər.
    Paylaş
    Bənzər xəbərlər