main-post-cover

    Samsung müxtəlif platformalar arasında faylların mübadiləsi üçün Dropship tətbiqini istifadəyə verib

    Proqram Təminatı
    Servislər
    07.11.2022
    Farid Pardashunas
        Samsung şirkəti test rejimində Dropship adlı tətbiqi istifadəyə verib. Sözügedən tətbiq müxtəlif əməliyyat sistemləri vasitəsilə çalışan cihazlar arasında fayl mübadiləsi üçün nəzərdə tutulub. Tətbiq hələ ki, bəzi məhdudiyyətlərlə çalışır. Dropship gün ərzində 5 GB-a kimi olan istənilən faylın mübadiləsini aparmağa imkan verir. Bu və ya digər fayl ilk növbədə göndərilən cihazdan bulud yaddaşa yüklənir və daha sonra QR kod generasiya edilir. Faylı qəbul edəcək cihazın smartfon, planşet və ya kompüter olmasından asılı olmayaraq cihaz həmin QR kod vasitəsilə faylı bulud yaddaşdan yükləyə biləcək. Bu halda faylı qəbul edəcək cihazın hansı əməliyyat sistemi vasitəsilə çalışdığı da önəmli deyil.
        Dropship hal hazırda yalnız Cənubi Koreya istifadəçiləri üçün aktivdir və onlar onu Galaxy Store mağazasından yükləyə bilərlər. Bununla belə tətbiqdən yalnız OneUI 5 interfeysli Android 13 vasitəsilə çalışan cihazlarda istifadə etmək olar. Burdan da belə qənaətə gəlmək olar ki, Dropship tətbiqindən hal hazırda yalnız Galaxy S22 smartfonlarının istifadəçiləri yararlana bilərlər. Lakin yaxın zamanda bu siyahı genişlənəcək və digər Galaxy smartfonları vasitəsilə də Dropship-dən istifadə etmək mümkün olacaq. Qeyd etmək lazımdır ki, Dropship-dən istifadə etmək üçün istifadəçi həmçinin Samsung hesabına sahib olmalıdır. Tətbiqin qlobal bazarda istifadəyə verilib-verilməyəcəyi bilinmir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər