Logo
    main-post-cover

    Samsung öz mobil brauzerinə ChatGPT-nin inteqrasiyası təcrübələrini aparır

    Servislər
    18.07.2023
    Emil
        Samsung kənar servislərlə qəliz qarşılıqlı əlaqə strategiyasına sahibdir. Hələ bir neçə müddət bundan öncə məlumat ortaya çıxmışdı ki, şirkət öz smartfonlarında standart axtarış sistemi rolunda Google Search əvəzinə süni zəka əsaslı çat-bota sahib Bing-dən istifadə etməyi nəzərdən keçirdir. Bu məlumat Google şirkətinin sözün əsl mənasında panikaya düşməsinə səbəb oldu. Lakin daha sonra Samsung bu ideyadan imtina etməli oldu.
        Lakin bununla belə şirkət öz mobil brauzerinə süni zəkanın müxtəlif inteqrasiya üsullarına böyük maraq göstərir. Verilmiş yeni məlumata əsasən Samsung Browser tətbiqinin 22.0.0.54 nömrəli versiyasının APK faylının analizi nəticəsində məlum olub ki, şirkət böyük ehtimal ilə ChatGPT çat-botunun bu və ya digər üsul vasitəsilə brauzerin proqram təminatına inteqrasiyası ilə bağlı təcrübələr aparır. Bununla belə brauzerdə test edilən süni zəka funksiyalarının nəticə etibarilə bütün istifadəçilər üçün aktiv olacağına heç bir zəmanət yoxdur.
        Kod sətrlərinə əsasən söhbət, süni zəkanın brauzerə təcrübi inteqrasiyasından gedir. Bəzi mütəxəssislərin fikirlərinə əsasən yeni funksiya Samsung Browser daxilində ChatGPT-nin saytına keçid etmədən çat-bota sorğuların göndərilməsini mümkün edəcək. Hal hazırda ChatGPT ilə bağlı istənilən funksionallıq Samsung-un mobil brauzerində mövcud deyil. Təbii ki, sözügedən çat-botu brauzerə qoşmağa imkan verən kənar pluginlər mövcuddur. Lakin onlar çat-botun birbaşa inteqrasiyası səviyyəsində deyillər.
    Paylaş
    Bənzər xəbərlər