
Verilmiş məlumata əsasən musiqi servisi olan Spotify öz kataloqundan süni zəka vasitəsilə tərtib edilmiş on minlərlə musiqini silib. Məlumatda qeyd edilib ki, musiqi servisi Universal Music adlı səsyazma studiyası tərəfindən olmuş şikayətlərdən sonra bu məsələdə araşdırmalarına başlayıb. 2 il bundan öncə Boomy adlı startap süni zəka vasitəsilə musiqilərin tərtib edilməsi üçün nəzərdə tutulmuş eyniadlı servisi təqdim etmişdi. Boomy-nin əsasında olan neyron şəbəkəsi açar sözlər vasitəsilə musiqilər tərtib edə bilir. İstifadəçilər isə həmin musiqiləri öz dostları ilə bölüşə və ya onları streaming servislərə yükləyə bilərlər.
Startapın verdiyi məlumata əsasən bütün müddət ərzində Boomy vasitəsilə ümumilikdə 14 milyon musiqi tərtib edilib. Bir neçə müddət bundan öncə Universal Music digər səsyazma studiyalarına xəbər vermişdi ki, Boomy-dən olan musiqilərin streaming servislərdə irəli çəkilməsi üçün süni streaming-dən istifadə edilir. Süni streaming dedikdə isə musiqilərin botlar tərəfindən dinlənilməsi nəzərdə tutulur. Nəticədə bu cür musiqilərin statistikaları yüksəlir. Universal Music-in şikayətinə fikir vermiş Spotify öz platformasında yoxlanış aparmağa başlayıb. Nəticədə musiqi servisinin moderatorları süni zəka vasitəsilə tərtib edilmiş on minlərlə musiqini platformadan siliblər.