Logo
    main-post-cover

    Stable Diffusion-un tərtibatçıları mətnli təsvirlər əsasında animasiyalar hazırlayan layihəni təqdim ediblər

    Servislər
    12.05.2023
    Emil
        Mətnli təsvirlər əsasında fotoların tərtib edilməsi üçün nəzərədə tutulmuş Stable Diffusion adlı neyron şəbəkəsinin tərtibatçıları Stable Animation adlı yeni layihəni təqdim ediblər. Söhbət, mətnli təsvirlər və ya hazır fotolar əsasında animasiyalar tərtib edən neyron şəbəkəsindən gedir. Stable Animation SDK animasiyaları 3 müxtəlif üsul vasitəsilə tərtib etməyə imkan verir.
    - Lazımi nəticəni əldə etmək üçün müəyyən parametrləri ayarlayaraq yalnız mətnli təsvir əsasında animasiyaların əldə edilməsi
    - Hazır fotonun iştirakı ilə mətnli təsvir əsasında animasiyanın hazırlanması. Bu halda foto animasiyanın tərtib olunmasında başlanğıc nöqtəsi kimi istifadə edilir
    - Neyron şəbəkəyə video təqdim etməklə həmin videodan animasiyanın hazırlanması. İstifadəçi bu halda neyron şəbəkəsinə mətn formatında əlavə dəqiqləşdirici məlumatları verə bilər.
    Paylaş
    Bənzər xəbərlər