Logo
    main-post-cover

    Süni zəka əsaslı Bing Chat çat-botu Chrome və Safari istifadəçiləri üçün təqdim edilib

    Servislər
    25.07.2023
    Emil
        Microsoft şirkəti Bing axtarış sisteminin tərkibində olan süni zəka əsaslı Bing Chat adlı çat-botu Chrome Safari brauzerlərinin istifadəçiləri üçün beta test çərçivəsində aktivləşdirib. Sözügedən brauzerlərin məhdud sayda istifadəçisi Bing axtarış sisteminin tərkibindəki çat-botu test edə bilər. Məlumata əsasən Microsoft Edge-dən fərqli olaraq kənar brauzerlərdə Bing Chat bəzi məhdudiyyətlərə sahibdir. Sözügedən brauzerlərdə Microsoft istifadəçi hesabına daxil olmadan çat-botdan istifadə etmək mümkün olmayacaq. Bununla yanaşı istifadəçilər çat-botla ünsiyyət zamanı bir sorğu çərçivəsində 2000 ədəd simvoldan istifadə edə bilərlər. Microsoft Edge brauzerində bu göstərici 4000 simvol təşkil edir. Əlavə olaraq kənar brauzerlərin istifadəçiləri çat-bota yalnız 5 ədəd sorğu göndərə bilərlər. Microsoft Edge-də bu göstərici 30 ədəd sorğudur.
    Paylaş
    Bənzər xəbərlər