Logo
    main-post-cover

    Tədqiqat: ChatGPT işçilərin produktivliklərini yüksəldir

    Servislər
    24.07.2023
    Emil
        Massaçusets Texnologiya Institutunun iqtisadçıları aparmış olduqları təcrübə vasitəsilə təyin ediblər ki, süni zəka əsaslı ChatGPT çat-botu ali təhsilli işçilərin daha produktiv olmalarına imkan verir. Aparılmış təcrübədə iştirak etmiş könüllülər çat-botdan istifadə etməmiş şəxslərdən fərqli olaraq  zəhmət tələb edən intellektual tapşırıqların yerinə yetirilməsinə 40% daha az zaman sərf ediblər. Aparılmış təcrübədə ali təhsilli 453 nəfər şəxs iştirak edib. Təcrübə çərçivəsində onlara müxtəlif tapşırıqların yerinə yetirilməsi həvalə edilib.
        Təcrübə iştirakçıları ChatGPT-nin imkanlarından istifadə edərək press-reliz, hesabat və elektron məktublar yazmalı idilər. Nəticədə ChatGPT-dən istifadə etmiş şəxslər çat-botdan istifadə etməmiş şəxslərdən fərqli olaraq tapşırıqları 40% daha tez yerinə yetiriblər. “İşçilər arasında bərabərsizlik aşağı imkanlara sahib işçilərin ChatGPT dəstəyini əldə etdikləri halda azala, daha yüksək imkanlara sahib işçilərin çat-bot dəstəyini əldə edəcəkləri halda isə yüksələ bilər” - deyə mütəxəssislər qeyd ediblər.
    Paylaş
    Bənzər xəbərlər