Logo
    main-post-cover

    Wix platformasının yeni çat-botu hazır saytlar tərtib edə bilir

    Servislər
    18.07.2023
    Emil
        Veb saytların hazırlanması üçün nəzərdə tutulmuş Wix adlı platformaya ChatGPT əsasında çalışan süni zəka alqoritmi əlavə edilib. Bundan sonra Wix vasitəsilə hər hansısa veb saytı yaratmaq istəyən istifadəçi platforma daxilində süni zəka alqoritmi ilə ünsiyyət qura biləcək. Alqoritm öz növbəsində istifadəçinin sorğularına əsasən onun üçün tələb olunan veb saytı tərtib etməkdə yardımçı olacaq.
    Wix
        Daha öncə istifadəçilər Wix-də saytları vizual konstruktorda yığa bilirdilər. Bu halda onlar saytın elementlərini fərdi şəkildə əlavə etməli olurdular. Vizual konstruktor üsulu Wix-də hələ də aktivdir. Lakin istifadəçilər bundan sonra veb saytları onsuz da tərtib edə biləcəklər. Belə ki, Wix istifadəçinin platforma daxilindəki süni zəka alqoritmi ilə ünsiyyəti çərçivəsində təqdim etmiş olduğu istəkləri əsasında şablonları fərdi şəkildə kombinasiya etməyi öyrənib.
    Wix
        Bununla yanaşı platformanın süni zəka alqoritmi istifadəçi üçün orijinal domen adını fikirləşə və saytın bəzi bölmələrini hazırlaya bilər. Alqoritmin təqdim etdiyi yekun nəticədən sonra ondan tərtib edilmiş saytda bu və ya digər dəyişikliklərin edilməsini istəmək olar. İstifadəçi yekun nəticəni fərdi şəkildə də redaktə edə bilər.
    Paylaş
    Bənzər xəbərlər