Logo
    main-post-cover

    2 istifadəçi üçün nəzərdə tutulmuş yeni YouTube Premium tarifi test edilir

    Sosial Media
    06.05.2025
    Emil
         YouTube videoplatforması yeni bir Premium abunə variantını hazırlayır. Mediada yayılan məlumata görə, Hindistan, Fransa, Tayvan və Honq Konqda iki istifadəçi üçün nəzərdə tutulan yeni YouTube Premium tarif planının testinə başlanılıb. Mövcud məlumata əsasən, bu təklif standart Premium abunədən daha sərfəlidir. Məsələn, Hindistanda yeni abunə variantı 219 rupi (təxminən 2.60$) olduğu halda, tək istifadəçi üçün nəzərdə tutulan adi abunə 299 rupi (təxminən 3.55$) təşkil edir. Google bu tarif planını hələ rəsmi olaraq elan etməyib və onun istifadəyə verilib-verilməyəcəyi dəqiq deyil. Lakin bu təklif cəlbedici görünür və çoxlu sayda istifadəçinin bu tarifə keçmək istəyə biləcəyi ehtimal olunur. Xatırladaq ki, YouTube Premium reklamsız video izləmək, YouTube Music xidmətinə limitsiz giriş, videoları oflayn izləmək üçün yükləmək və mobil cihazlarda fon rejimində işə salmaq imkanı verir.
    Paylaş