Logo
    Avropa Komissiyası Facebook və Instagram ilə bağlı dərin istintaqa start verib

    Avropa Komissiyası Facebook və Instagram ilə bağlı dərin istintaqa start verib

    Sosial Media
    17.05.2024
         Avropa Komissiyasının vermiş olduğu məlumata əsasən Meta şirkətinə məxsus olan Facebook Instagram sosial şəbəkələri uşaqların təhlükəsizliklərini risk altına atan online kontent mövzusunda Avropa qanunvericiliyi tərəfindən yoxlanılacaqlar. Bu öz növbəsində Meta-ya külli miqdarda cərimələrin təyin edilməsinə gətirib çıxara bilər. Keçən il Avropada rəqəmsal servislərə dair qüvvəyə minmiş qanuna (DSA) əsasən İT şirkətlər qanunsuz və təhlükəli kontentlərlə mübarizədə təyin edilmiş tədbirləri yerinə yetirmək məcburiyyətindədirlər.
         Avropa Komissiyasının sözlərinə əsasən o, Facebook və Instagram ilə bağlı daha dərin istintaqın aparılmasını planlaşdırır. Belə ki, bu sosial şəbəkələrin administrasiyalarının uşaqlar üçün ola biləcək risklərin aradan qaıdırlmasına hədəflənmiş tədbirləri lazımi səviyyədə görmədiklərinə dair narahatlıq var. Qeyd etmək lazımdır ki, DSA qanunlarının pozulması halında qanunları pozan tərəfin illik dövriyyəsinin 6%-i həcmində cərimənin təyin edilməsi nəzərdə tutulur.

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    Avropa Komissiyası Facebook və Instagram ilə bağlı dərin istintaqa start verib