
Blog nədir, Blogger kimdir?
Sosial Media
07.05.2017
Farid
Blog nədir, blogger kimdir? Bu suallara bu dəfəki "blog yazımda" cavab verməyə çalışacam.
Əvvəla
bunların hardan ortaya çıxdığı haqqında bir neçə cümlə yazmaq istəyirəm.
Texnologiya dünyasında artıq hərkəs bir formada özünü rahatlıqla twitter,
facebook, instagram kimi mühitlərdə ifadə edə bilir və ya görüntülü olaraq
youtube, vimeo kimi video paylaşım platformalarını istifadə edə bilir. Bu kimi
sosial paylaşım saytlarının yanında bəzi insanlar mənə bu mühitlər fikirlərimi
paylaşa bilmək üçün kifayət deyil dediyi zaman blog saytları ortaya çıxmağa
başladı. Məqalənin sonuna doğru Instagram, Twitter və s. platformalarda
paylaşım edib özünə blogger deyənlər barədə də bir neçə cümlə yazacam. İndi isə
keçək ilk sualımıza:
Blog Nədir?
Blog sözü İngiliscə "web"
və "log" sözlərinin birləşməsindən yaranmış və zamanla
"blog" halını almışdır. Mənası isə "web gündəliyi",
"onlayn gündəlik" deməkdir. Bir mövzu haqqında fikir sahibi bir
şəxsin gündəlik olaraq yazı yaza bildiyi, fikirlərini paylaşdığı mühitə blog
deyilir. Məsələn bir aşpaz, bir fotoqraf, bir dizayner və ya bir müəllimsiniz
və özünüzü sizə aid bir saytda ifadə etmək istəyirsiniz. Bunun üçün limitsiz
sayda yazı və şəkil paylaşmaq, sizi izləyənləri yazılarınızla məlumatlandırmaq
istəyirsiniz. Elə bu anda blog saytları meydana gəlir.
Blog saytlarının artmasındakı digər
amma vacib bir səbəb, gördüyüz qeyri-professional və ya professional işiniz
qarşılığında reklamlarla və ya birbaşa saytınız üzərindən paylaşdığınız
yazılarla pul qazana bilməyinizdir. Əgər saytınıza çox sayda istifadəçi toplaya
bilsəniz birbaşa reklamlarla və ya Google Adsense kimi reklam verən qurumlar
ilə pul qazanmağınız mümkündür. Eyni zamanda hazırladığınız bir məhsulu və ya işi
blogunuzda sataraq da pul qazana bilərsiniz(blog saytından pul qazanmaq barədə
növbəti məqalələrimdən birində ətraflı məlumat verəcəm).
Hazırladığınız blog saytından
şərhlər alaraq özünüzü bu istiqamətdə inkişaf etdirə bilər, şərhlərə cavab
verərək izləyicini məlumatlandıra bilərsiniz. Blog saytlarının ən gözəl
xüsusiyyətlərindən biri isə istifadəçi ilə daimi təmas halında olmağınızdır.
Sosial mediada olan hesablarınızı
blogunuzla əlaqələndirərək daha çox insana fikirlərinizi çatdırmağınız
mümkündür. Blogunuzda yazdığınız yazıları an içərisində sosial media
platformalarında paylaşılmasına şərait yaradan plaqinlər mövcuddur.
Bəs bunun üçün haradan
başlayacaqsınız? Mən WordPress ilə blog hazırlamanın başlanğıc olaraq kifayət
edəcəyini düşünürəm. Bundan başqa blogger.com saytı kimi daha başqa böyük-kiçik
bir çox blog saytı yaratmağınıza yarayan platformalarda mövcuddur.
WordPress ilə blog açmaq üçün əvvəla WordPress.Com ilə WordPress.Org arasındakı fərq nədir? başlıqlı yazımızı oxumağınızı tövsiyyə edirəm. Arasındakı fərqləri anladıqdan sonra istədiyiniz üsul ilə blog saytınızı aça bilərsiniz. Əgər mən daha bu işin başındayam, domendən, hostingdən anlamıram, elə indi çox da əziyyət çəkmədən bir blog saytı hazırlayır deyirsinizsə "WordPress.com ilə necə blog saytı yaratmaq olar?" adlı yazımı tövsiyyə edə bilərəm.
WordPress ilə blog açmaq üçün əvvəla WordPress.Com ilə WordPress.Org arasındakı fərq nədir? başlıqlı yazımızı oxumağınızı tövsiyyə edirəm. Arasındakı fərqləri anladıqdan sonra istədiyiniz üsul ilə blog saytınızı aça bilərsiniz. Əgər mən daha bu işin başındayam, domendən, hostingdən anlamıram, elə indi çox da əziyyət çəkmədən bir blog saytı hazırlayır deyirsinizsə "WordPress.com ilə necə blog saytı yaratmaq olar?" adlı yazımı tövsiyyə edə bilərəm.
Milyonlarla blog saytı və
milyonlarla blogger olan web aləmində blog nədir sualına çox amma çox qısa şəkildə
cavab verməyə çalışdım. Daha sonrakı yazılarımda da blog ilə bağlı əlavə
məlumatlar verməyə davam edəcəm.
Blogger kimdir?
Hər halda yuxarıdakı
açıqlamalarımdan sonra bu terminin izahını verməyə ehtiyac qalmamışdır amma mən
yenə də izah edim. Blogger bu saydığım işləri internet mühitində həyata keçirən
şəxsi bildirən İngiliscə bir sözdür. Azərbaycan dilində qarşılığı "Blog
Yazarlığı” olaraq, şəxsi blog saytında bu işlə məşğul olan şəxsə aid bir "vəzifə”dir.
Ölkəmizdə yeni-yeni yayılmağa başlayan
Blog mədəniyyəti mövcuddur. Lakin çox insan Blogger ilə Mikrobloggeranlayışının fərqini anlamır. Yeri gəlmişkən, başlanğıcda qeyd etdiyim
Instagram, Twitter və s. sosial platformalarda fikirlərini, şəkillərini və s.
paylaşan şəxslər Mikroblogger adlandırılırlar. Lakin bizim cəmiyyətimizdə
səbəbi bilinməsə də onlara da "blogger” deyilir, lakin bu qismən də olsa yalnış
bir fikirdir. "Mikro blogging nədir?” başlıqlı digər məqaləmi oxuyaraq bu barədə
də ətraflı məlumat ala bilərsiniz.
Ümid edirəm bu məqalə "Blog nədir? Blogger
kimdir?” sualına cavab axtaranlara köməkçi olacaqdır. Paylaşın ki hərkəs
oxusun, məlumat paylaşdıqca çoxalır.
Xeyirli bloglar...
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

15 000-dən çox şagird Milli Hakatonun seçim mərhələsində iştirak edib.
