Logo
    main-post-cover

    Braziliya Meta-ya qarşı çıxdı

        Technote.az “TechCrunch” platformasına istinadən bildirir ki, Braziliyanın rəqabətə nəzarət orqanı Conselho Administrativo de Defesa Econômica (CADE), Meta şirkətinə məxsus WhatsApp platformasında tətbiq olunan yeni qaydaların icrasını müvəqqəti dayandırıb. Söhbət WhatsApp Business API üzərindən üçüncü tərəf süni intellekt çatbotlarının istifadəsini qadağan edən siyasətdən gedir.
    WhatsApp Brazil: Judge blocks access to messaging service - BBC News
        CADE-nin açıqlamasına görə, Meta-nın tətbiq etdiyi bu yeni şərtlər bazarda rəqabəti məhdudlaşdıra və şirkətin öz çatbotu olan Meta AI üçün haqsız üstünlük yarada bilər. Qurum bu səbəbdən Meta-ya qarşı rəsmi antimonopoliya araşdırmasına başlayıb.
        Meta ötən ilin oktyabrında WhatsApp Business API qaydalarını dəyişərək OpenAI, Microsoft və Perplexity kimi şirkətlərin çatbotlarının WhatsApp üzərindən təqdim edilməsini qadağan etmişdi. Qaydaların 15 yanvar tarixindən qüvvəyə minməsi planlaşdırılırdı. Maraqlıdır ki, bu məhdudiyyət bizneslərin öz müştəriləri üçün hazırladığı daxili çatbotlara şamil edilmir.
    Paylaş