
Facebook-un mobil versiyasında yeni video player istifadəyə veriləcək
Sosial Media
04.04.2024
Sabina
Meta şirkəti Facebook-un mobil versiyası üçün yeni video player-i anons edib. Məlumata əsasən mobil Facebook-da istifadəyə veriləcək yeni video player sayəsində istifadəçilər şaquli videoları TikTok və Instagram Reels-dəki kimi rahat şəkildə izləyə biləcəklər. Yeni video player standart şəkildə Facebook Reels, Facebook Live və o cümlədən tam ekran rejimində uzun videoları sərgiləyəcək. Məlumatda qeyd edilib ki, yeni video player avtomatik şəkildə şaquli videolara istiqamətlənəcək. Lakin bununla belə o, portret rejimdə bir çox üfüqi videoları da sərgiləyə biləcək. Videonun portret rejimdə sərgilənməsi üçün sadəcə olaraq smartfonu üfüqi vəziyyətə keçirtmək lazım gələcək.

Paylaş
Ən çox oxunanlar

REDMI Turbo 4 Pro subflaqman smartfonu təqdim olunub - QİYMƏTİ
