Logo
    main-post-cover

    Facebook və Instagram bağlana bilər?

        Technote.az “TNW” platformasına istinadən bildirir ki, ABŞ-nin New Mexico ştatında Meta əleyhinə açılmış məhkəmə işinin ikinci mərhələsi başlayıb və bu proses şirkət üçün ciddi nəticələr vəd edir. Dövlət orqanları Meta-nın xüsusilə azyaşlı istifadəçilər üçün platformalarını təhlükəsiz kimi təqdim etməklə istehlakçı hüquqlarını pozduğunu iddia edir.
    Facebook, Instagram working on tools to help creators make money - CNET
        Daha əvvəl keçirilən məhkəmə mərhələsində Meta artıq 375 milyon dollar cərimə olunub. İndi isə əsas müzakirə mövzusu şirkətin gələcəkdə hansı dəyişiklikləri etməli olacağıdır. Dövlət prokurorluğu Meta-dan bir sıra radikal addımlar tələb edir: istifadəçilərin yaşının yoxlanılması, azyaşlılar üçün tövsiyə sisteminin dəyişdirilməsi, “sonsuz skroll” və avtomatik video oynatma funksiyalarının deaktiv edilməsi, gecə saatlarında bildirişlərin məhdudlaşdırılması və aylıq istifadə vaxtına limit qoyulması.
        Ən mübahisəli təkliflərdən biri isə 18 yaşdan kiçik istifadəçilər üçün mesajlaşmada tətbiq olunan end-to-end şifrələmənin zəiflədilməsi ilə bağlıdır. Bu isə texnologiya və kibertəhlükəsizlik mütəxəssisləri tərəfindən ciddi narahatlıqla qarşılanıb. Bundan əlavə, ştat rəhbərliyi Meta-dan 15 il müddətinə nəzərdə tutulan və ümumi dəyəri 3,7 milyard dollar olan yeniyetmələrin psixi sağlamlığı proqramını maliyyələşdirməyi də tələb edir. Meta isə bu tələblərin bir hissəsinin texniki baxımdan mümkün olmadığını bildirir və hətta qərar şirkətin xeyrinə olmasa, Facebook, Instagram və WhatsApp xidmətlərini həmin ştatdan tamamilə çıxara biləcəyini açıqlayıb.
        Bu məhkəmə işi yalnız bir ştatla məhdudlaşmır. ABŞ-də 40-dan çox ştat Meta-ya qarşı oxşar iddialar qaldırıb və bu proseslər 2026-cı ildə geniş miqyasda davam edəcək. Ekspertlər hesab edir ki, New Mexico məhkəməsinin qərarı gələcəkdə sosial media platformalarının necə işləyəcəyinə ciddi təsir göstərə bilər.
     
    Paylaş