Logo
    main-post-cover

    Facebook yalnız dostların paylaşımlarından ibarət xəbər lentini istifadəyə verib

    Sosial Media
    28.03.2025
    Emil
         Facebook sosial şəbəkəsi yenilənmiş “Dostlar” (Friends) qovluğunu təqdim edib. Bu yeni bölmə istifadəçinin dostlarının hekayələri, Reels videoları və paylaşımlarından ibarət xüsusi xəbər lentidir. Yeni funksiya əsas lenti zəbt etmiş artıq tövsiyələri filtrdən keçirərək yalnız dostlara aid məzmunu göstərir. Meta öz rəsmi bloqunda bildirib ki, zamanla və insanların dəyişən ehtiyaclarına uyğunlaşmaq üçün inkişaf edib, qruplar, videolar, Facebook Marketplace və digər sahələrdə ən yaxşı imkanları yaradıb, lakin “dostluğun sehri” itib.
         Əslində bu, platformanın əsas məqsədi olan insanlar arasında ünsiyyəti arxa plana keçirərək alqoritmlərə və dostlarla əlaqəsi olmayan məzmuna üstünlük verməsinin dolayısı ilə etirafıdır. Əvvəllər “Dostlar” qovluğunda dostluq sorğuları və mümkün dostların siyahısı yer alırdı, lakin indi orada yalnız dostların paylaşımlarından ibarət xüsusi bir xəbər lenti mövcuddur. Bu, əsas lentdə yayılan reklam məzmunundan və qruplardakı təsadüfi paylaşımlardan bir növ istirahət imkanı yarada bilər. Artıq istifadəçilər, kimlərin nəyi görməli olduğunu müəyyən edən alqoritmlərin müdaxiləsi olmadan, yalnız dostlarının paylaşdıqları məzmunları görə biləcəklər.
         Bu qovluğa Facebook tətbiqindəki naviqasiya panelindən daxil olmaq mümkündür. İstifadəçilər həmçinin bu qovluğu naviqasiya panelinə sabitləyə bilərlər - bunun üçün əvvəlcə üç zolaqlı ikonu, sonra isə tənzimləmə ikonunu seçmək lazımdır. Daha sonra Settings > Tab bar bölməsinə keçərək sabitlənməsini istədikləri qovluqları seçə bilərlər. Facebook həmçinin Mark Zuckerberg-in platformanı bir zamanlar olduğu vəziyyətinə daha çox bənzətmək planı çərçivəsində yaxın zamanda bir neçə orijinal funksiyanı da əlavə edəcək.
    Mənbə: The Verge
    Paylaş
    Bənzər xəbərlər
    instagram-da-suni-zeka-terefinden-serhlerin-tertib-edilmesi-funksiyasi-test-edilir
    Sosial Media

    Instagram-da süni zəka tərəfindən şərhlərin tərtib edilməsi funksiyası test edilir

    Süni zəka ətrafında yaranmış səs-küy fonunda Meta şirkəti bir sıra funksiyalar və imkanlar təqdim edib - hətta unikal profillərə malik süni zəka tərəfindən yaradılmış personajlara qədər.
    fransiz-nesriyyatcilar-ve-muellifler-meta-sirketini-mehkemeye-veribler
    Tech-Biznes

    Fransız nəşriyyatçılar və müəlliflər Meta şirkətini məhkəməyə veriblər

    Fransız nəşriyyatçılar və müəlliflər Meta şirkətini müəllif hüquqlarını pozmaqda ittiham edərək məhkəməyə veriblər. Onların iddiasına görə, şirkət generativ süni zəka modellərini təlimatlandırmaq üçün onlara məxsus kitabları icazəsiz istifadə edib.
    facebook-un-cinde-fealiyyeti-ucun-hazirlanmis-gizli-senzura-sistemi-baresinde-melumatlar-verilib
    Sosial Media

    Facebook-un Çində fəaliyyəti üçün hazırlanmış gizli senzura sistemi barəsində məlumatlar verilib

    Bir müddət əvvəl Facebook-un qlobal siyasət üzrə keçmiş direktoru Sarah Wynn-Williams şirkəti Çin bazarının sərt tələblərinə uyğunlaşdırılmış avtomatik senzura sistemi yaratmaqda ittiham etmişdi.
    meta-ferdi-suni-zeka-ciplerini-test-etmeye-baslayib
    Elm & Texnologiya

    Meta fərdi süni zəka çiplərini test etməyə başlayıb

    Meta Platforms, süni zəka sistemlərini sürətləndirmək üçün öz istehsalı olan MTIA çip ailəsi haqqında ilk dəfə 2 il əvvəl məlumat paylaşmışdı. Reuters-in məlumatına görə, artıq bu çiplərlə süni zəka sistemlərinin təlimatlandırılması prosesi başlayıb.
    avropa-birliyi-apple-ile-meta-ni-cerimelemeye-hazirlasir
    Tech-Biznes

    Avropa Birliyi, Apple ilə Meta-nı cərimələməyə hazırlaşır

    Avropa Komissiyası yaxın zamanda Apple və Meta Platforms-a cərimə təyin edəcək. Bu, şirkətlərin Avropa Birliyinin Rəqəmsal Bazarlar Qanununu (DMA) pozması ilə bağlıdır. 2023-cü ildə Avropa Komissiyası Apple, Meta və Google-a qarşı potensial DMA pozuntuları ilə bağlı araşdırma başlatmışdı.