
Gələn aydan Telegram öz reklam gəlirlərini kanalların sahibləri ilə bölüşməyə başlayacaq
Sosial Media
28.02.2024
Emil
Pavel Durov elan edib ki, artıq gələn aydan başlayaraq Telegram-dakı kanalların sahibləri öz fəaliyyətləri müqabilində pul mükafatı əldə edə biləcəklər. Belə ki, messencer öz reklam biznesindən əldə edilmiş gəlirin yarısını kanalların sahibləri ilə bölüşəcək. Durov-un sözlərinə əsasən Telegram-dakı kanallar hər ay ümumilikdə 1 trilyon baxış sayı yığırlar. Lakin bu baxışların yalnız 10%-i Telegram Ads vasitəsilə monetizasiya olunur. Gələn ay messencer Telegram Ad Platform adlı platformanı yüzlərlə ölkədə bütün reklamçılar üçün istifadəyə verməyi planlaşdırır. Nəticədə Telegram kanallarının sahibləri öz kanallarında reklam elanlarının sərgilənməsi nəticəsində əldə edilmiş gəlirin 50%-ni əldə edə biləcəklər. Ödənişlər TON adlı blockchain üzərindən Toncoin vasitəsilə reallaşdırılacaq. Kanalların sahibləri Toncoinləri real pula çevirə biləcəklər.
Paylaş
Ən çox oxunanlar

iPhone 17 Pro-nun ən kefiyyətli fotoları təqdim edilib
