
Gələn aydan Whatsapp fayllarının ehtiyat kopyaları Google Drive-da yaddaş yeri tutmağa başlayacaqlar
Sosial Media
16.11.2023
Emil
Son 5 ildə Whatsapp-ın Android versiyasının istifadəçiləri Google Drive-da öz fayllarının ehtiyat kopyalarını pulsuz şəkildə saxlaya bilirdilər. Bura həmçinin foto və videolar da daxil idi. Belə ki, sözügedən fayllar sadəcə olaraq Google Drive-da yaddaş yeri tutmurdular. Lakin Google və Whatsapp elan edib ki, artıq gələn aydan başlayaraq Whatsapp-ın Android versiyası istifadəçilərinin sahib olduqları faylların ehtiyat kopyaları Google Drive-da müəyyən yaddaş yerini tutmağa başlayacaqlar.
Bu, istifadəçilərin Google Drive-da istifadə etdikləri tarif planının növündən asılı olmayaraq reallaşacaq. Bu yeni qərar ilk öncə Whatsapp-ın beta versiyalarının istifadəçilərini əhatə edəcək. 2024-cü ilin ortasından başlayaraq isə messencerin Android versiyasının bütün istifadəçilərinə aid olacaq. Messencer bu yeni qərarı əhatə edəcək istifadəçilərə 30 gün öncədən bildiriş göndərəcək.
Paylaş
Ən çox oxunanlar

Samsung Galaxy Watch 8, Watch 8 Classic və Watch Ultra 2025-in render fotoları təqdim edilib
