main-post-cover

    Google Lens funksiyası YouTube videoservisinə inteqrasiya edilib

    Sosial Media
    13.06.2024
    Emil Nəcəfov
         Google şirkəti YouTube videoservisinə Google Lens funksiyasını inteqrasiya edib. Bu funksiyanı əldə etmiş YouTube istifadəçiləri videoservisin axtarış bölməsinə daxil olduqları zaman səhifənin yuxarı sağ hissəsində Google Lens ikonunu görə bilərlər. Axtarış paneli ilə mikrofon arasında yerləşən bu ikon ənənəvi Google Lens kamera interfeysini aktivləşdirməyə imkan verir. Lakin Google Lens-in YouTube videoservisinə inteqrasiyası istifadəçiyə hansı üstünlüyü təqdim edir?
         Məsələ burasındadır ki, istifadəçi Google Lens ikonuna klikləyərək onun ənənəvi kamera interfeysini aktivləşdirəndən sonra kameranın baxış bucağına tuş gələcək hər hansısa obyekt barəsində YouTube videolarını axtarmaq olar. Məsələn təqdim edilmiş fotoda Google Lens kamerası iPhone 13 mini smartfonuna istiqamətlənib. Nəticədə kameranın aşağı hissəsində istifadəçiyə iPhone 13 mini ilə bağlı Google Search nəticələrinin və ya YouTube videolarının təqdim edilməsi təklif edilib. YouTube videoservisinə inteqrasiya edilmiş Google Lens hələ hamı üçün aktiv deyil. O, tədricən istifadəçilər arasında istifadəyə verilir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Apple brendinin dəyəri 1 trilyon dolları keçib
    apple-brendinin-deyeri-1-trilyon-dollari-kecib
    Google Pixel Watch 3 XL smart saatının ilk render fotoları təqdim edilib
    google-pixel-watch-3-xl-smart-saatinin-ilk-render-fotolari-teqdim-edilib
    Qatlana bilən Google Pixel Fold 2-nin yeni render fotoları ortaya çıxıblar
    qatlana-bilen-google-pixel-fold-2-nin-yeni-render-fotolari-ortaya-cixiblar
    Google Pixel Watch 3 smart saatının ilk render fotoları təqdim edilib
    google-pixel-watch-3-smart-saatinin-ilk-render-fotolari-teqdim-edilib
    Google-a qarşı 13.6 milyard funt sterlinq dəyərində məhkəmə iddiası qaldırılıb!
    google-a-qarsi-136-milyard-funt-sterlinq-deyerinde-mehkeme-iddiasi-qaldirilib