
Instagram-da süni zəka tərəfindən şərhlərin tərtib edilməsi funksiyası test edilir
Sosial Media
24.03.2025
Emil
Süni zəka ətrafında yaranmış səs-küy fonunda Meta şirkəti bir sıra funksiyalar və imkanlar təqdim edib - hətta unikal profillərə malik süni zəka tərəfindən yaradılmış personajlara qədər. Lakin istifadəçilər bu personajları "dəhşətli və lazımsız" hesab ediblər. İndi isə internetdə Instagram platformasında test edilən “Meta AI ilə yazmaq” funksiyası barədə məlumatlar yayılıb. Bu funksiya istifadəçilərin paylaşımlarına şərh variantları yaratmaq üçün süni zəkadan istifadə edir. Yeni funksiyanı aktivləşdirmək üçün paylaşımın altındakı mətn sahəsinin yanında yerləşən qələm işarəsinə klik etmək kifayətdir. Funksiya işə düşdükdən sonra süni zəka şəkli analiz edir və üç fərqli şərh variantı təqdim edir. Daha çox şərh seçimi üçün istifadəçi sadəcə səhifəni yeniləməlidir. Aşağıdakı nümunədə, gülümsəyən bir şəxsin qonaq otağında baş barmağını yuxarı qaldırdığı fotoya süni zəka belə şərh variantları təklif edib:

- “Qonaq otağının şirin ab-havası”
- “Mənə bu rahat mühit xoş gəlir”
- “Fotosessiya üçün əla məkandır”.
“Biz daim daha çox funksiyanı test edirik ki, siz süni zəkanı tətbiqlərimizdə istifadə edə biləsiniz” - deyə Meta nümayəndəsi bildirib. “Şəxsi mesajlardan əlavə, Meta AI-ni şərhlər, lent, qruplar və axtarış kimi sahələrdə də tapa bilərsiniz - bu da istifadə təcrübənizi daha maraqlı və faydalı edəcək”. Yeni funksiyanın, dostlarının “canlı” və səmimi şərhlərə layiq olduğunu düşünən istifadəçilərin ürəyincə olacağı inandırıcı deyil - onlar süni zəka tərəfindən yaradılan mənasız cavabları qəbul etməyə bilərlər. Digər tərəfdən, öz səhifələrində mənasız şərhlər almaq qarşılığında yüzlərlə məzmunsuz bəyənmə və şərh yazan insanlar üçün bu funksiya xoş qarşılanacaq. Ötən il Meta artıq Facebook platformasında süni zəka tərəfindən yaradılan şərhləri test etmişdi. Lakin hər bir test funksiyasında olduğu kimi, Meta-nın bu funksiyanı geniş şəkildə nə vaxt tətbiq edəcəyi və ümumiyyətlə tətbiq edib-etməyəcəyi hələlik məlum deyil.
Mənbə: Techcrunch
Paylaş
Bənzər xəbərlər

Tech-Biznes
Fransız nəşriyyatçılar və müəlliflər Meta şirkətini məhkəməyə veriblər
Fransız nəşriyyatçılar və müəlliflər Meta şirkətini müəllif hüquqlarını pozmaqda ittiham edərək məhkəməyə veriblər. Onların iddiasına görə, şirkət generativ süni zəka modellərini təlimatlandırmaq üçün onlara məxsus kitabları icazəsiz istifadə edib.

Sosial Media
Facebook-un Çində fəaliyyəti üçün hazırlanmış gizli senzura sistemi barəsində məlumatlar verilib
Bir müddət əvvəl Facebook-un qlobal siyasət üzrə keçmiş direktoru Sarah Wynn-Williams şirkəti Çin bazarının sərt tələblərinə uyğunlaşdırılmış avtomatik senzura sistemi yaratmaqda ittiham etmişdi.

Elm & Texnologiya
Meta fərdi süni zəka çiplərini test etməyə başlayıb
Meta Platforms, süni zəka sistemlərini sürətləndirmək üçün öz istehsalı olan MTIA çip ailəsi haqqında ilk dəfə 2 il əvvəl məlumat paylaşmışdı. Reuters-in məlumatına görə, artıq bu çiplərlə süni zəka sistemlərinin təlimatlandırılması prosesi başlayıb.

Tech-Biznes
Avropa Birliyi, Apple ilə Meta-nı cərimələməyə hazırlaşır
Avropa Komissiyası yaxın zamanda Apple və Meta Platforms-a cərimə təyin edəcək. Bu, şirkətlərin Avropa Birliyinin Rəqəmsal Bazarlar Qanununu (DMA) pozması ilə bağlıdır. 2023-cü ildə Avropa Komissiyası Apple, Meta və Google-a qarşı potensial DMA pozuntuları ilə bağlı araşdırma başlatmışdı.

Cihazlar+
Meta şirkəti Aria Gen 2 adlı yeni ağıllı eynəyini təqdim edib
Meta şirkəti Aria Gen 2 adlı yeni nəsil təcrübi ağıllı eynəyini təqdim edib. Bu eynəklər süni zəka, robot texnologiyaları və machine vision sahəsində çalışan tədqiqatçılara yönəlib.
Ən çox oxunanlar

POCO F7 Pro və F7 Ultra-nın render fotoları ortaya çıxıb
