Instagram Reels alqoritmini yeniləyir
Sosial Media
14.01.2026
Sevinc
Technote.az “Engadget” platformasına istinadən bildirir ki, Instagram Reels üçün yeni fərdiləşdirmə funksiyasını qlobal miqyasda istifadəyə verib. Meta tərəfindən təqdim olunan bu yenilik istifadəçilərə Reels alqoritminin tövsiyə etdiyi mövzuları idarə etməyə və 2026-cı il üçün maraqlarını ön plana çıxarmağa imkan yaradır.
Yeni funksiya Meta-nın süni intellektinin istifadəçinin son fəaliyyətlərinə əsasən maraqlı ola biləcək mövzuları avtomatik seçməsi ilə başlayır. İstifadəçilər bu mövzuları silə və “daha az görmək istədiklərin” bölməsi vasitəsilə müəyyən kateqoriyaları məhdudlaşdıra bilirlər. Bundan əlavə, “2026 alqoritmini qur” adlı yeni bölmə ilə istifadəçilər gələn il üçün xüsusilə görmək istədikləri 3 mövzunu seçə bilirlər.
Funksiya hələ hər kəs üçün 2026-ya xüsusi formada aktiv olmasa da, mövzu seçimlərində edilən dəyişikliklərin alqoritmə çox tez təsir etdiyi müşahidə olunur. Məsələn, “snowboarding” mövzusu əlavə edildikdən sonra Reels lentində dərhal bu etiketlə video qarşıya çıxıb.
Digər tərəfdən, bu funksiya reklamların azaldılmasına imkan vermir. “Daha az görmək istədiklərin” siyahısına “ads” (reklamlar) əlavə etməyə cəhd edildikdə sistem bunu qəbul etmir. Bununla belə, “sponsored content” və süni intellekt kimi mövzuları məhdudlaşdırmaq mümkündür. Qeyd olunur ki, “AI” seçimi daha çox süni intellekt haqqında olan videoları əhatə edir, AI ilə hazırlanmış məzmunu yox.
Paylaş