Instagram Reels artıq televizorlarda!
Sosial Media
17.12.2025
Sevinc
Technote.az “TechCrunch” platformasına istinadən bildirir ki, Instagram Reels-i yalnız mobil deyil, artıq böyük ekranlara da daşıyır. Platforma IG for TV adlı yeni təcrübəni sınaqdan keçirməyə başlayıb və ilk mərhələdə bu funksiya Amazon Fire TV cihazlarında əlçatan olacaq. Bu addımla Instagram televizor məkanında dominant olan YouTube ilə rəqabəti gücləndirməyi hədəfləyir. Şirkət istifadəçilərin divanda əyləşib, uzun film və seriallara diqqət ayıra bilmədiyi anlarda Reels-ə keçməsini istəyir.
IG for TV istifadəçinin Instagram hesabına uyğun şəkildə fərdiləşdirilir. Televizorda göstərilən Reels-lər maraqlandığınız mövzulara və izlədiyiniz yaradıcı kontentlərə əsaslanır. Videolar komediya, musiqi, həyat tərzi kimi kateqoriyalar üzrə kanallara bölünür ki, bu da fərqli mövzuları kəşf etməyi asanlaşdırır. Reel-lər avtomatik oynadılır, lakin istəsəniz növbəti videoya keçə bilərsiniz. Bundan əlavə, videoları bəyənmək, şərhlərə baxmaq və Reels-i yenidən paylaşmaq da mümkündür.
İstifadəçilər IG for TV-ni mobil Instagram tətbiqi ilə qoşalaşdıraraq bir ev daxilində beşədək hesab əlavə edə bilərlər. Alternativ olaraq, yalnız televizor üçün ayrıca hesab yaratmaq da mümkündür. Instagram bildirir ki, bu tətbiq 2022-ci ildə bağlanan IGTV ilə qarışdırılmamalıdır. Instagram-ın rəhbəri Adam Mosseri hələ oktyabr ayında TV üçün ayrıca tətbiq üzərində işlədiklərini demiş və bu sahəyə daha erkən girməməyin səhv olduğunu etiraf etmişdi.
Paylaş