
Instagram üçün Spin adlı yeni funksiya anons edilib
Sosial Media
18.03.2024
Emil
Instagram yeni funksiyanın işə salınmasına hazırlaşır. Yeni funksiya Instagram Spin adlanacaq və o, videoların yaradılması prosesini daha da sadələşdirməlidir. Bu funksiya vasitəsilə istifadəçilər öz Reels videolarında mətnləri və audioları inanılmaz dərəcədə geniş imkanlar vasitəsilə dəyişə biləcəklər. Instagram rəsmilərinin sözlərinə əsasən Spin platformanın daxili prototipidir və onun kütləvi testinə hələ start verilməyib. Instagram Spin necə çalışır? İstifadəçilər məşhur Reels şablonlarını istifadə edə və öz istəklərinə uyğun olaraq mətn ilə audionu dəyişə bilərlər. Məsələn istifadəçi hansısa məşhur musiqiyə sahib videonu götürərək ondakı mətnləri öz mətnləri ilə əvəz edə və bununla da unikal kontent yarada bilər. Instagram Spin-in nə zaman istifadəyə veriləcəyi bilinmir.

Paylaş
Ən çox oxunanlar

Süni zəka əsaslı çat-botlar cinayətkarların alətlərinə çevrilirlər
