
Instagram yeniyetmələri intim mövzuda maliyyə dələduzluqlarından qoruyacaq
Sosial Media
15.04.2024
Farid
Meta şirkəti yaxın zamanda Instagram-da yeni təhlükəsizlik funksiyasını işə salacaq. İşə düşəcək yeni təhlükəsizlik funksiyası Instagram-da yeniyetmələrin seksual kotentlər əsasında maliyyə dələduzluqlarından qorunmasına hədəflənəcək. Bu cür dələduzluqlar dedikdə hakerlərin, istifadəçilərin müəyyən məbləğdə ödənişi etməyə razı olmadıqları halda onların intim fotolarını yaymaları hallarından gedir. Rəsmi statistikaya əsasən bu cür dələduzluqların qurbanları qismində 14 yaşından 17 yaşına kimi olan kişi cinsi istifadəçilər çıxış edirlər. FBI bildirib ki, seksual kontentlər əsasında maliyyə dələduzluqlarının qurbanı olmuş kişilər arasında sui-qəsd hallarının sayı qorxunc dərəcədə yüksəkdir.

Meta bildirib ki, seksual mövzuda dələduzluqla məşğul olan istifadəçilərin təyini üçün nəzərdə tutulmuş texnologiya yaxın zamanda Instagram-da işə düşəcək. Instagram-ın mesajlar bölməsinə inteqrasiya ediləcək bu funksiya 18 yaşından aşağı istifadəçilərin göndərmiş və ya qəbul etmiş olduqları intim fotoları avtomatik şəkildə bulanıq hala salacaq. Bu öz növbəsində göndərilmiş intim fotoların istifadəçi tərəfindən ləğv edilməsi və qəbul edilmiş intim fotoya baxıb-baxmama seçiminin edilməsi imkanlarını verir. Bu yeni funksiya Instagram-ın azyaşlı istifadəçiləri üçün standart şəkildə aktiv olacaq. Lakin onu daha yuxarı yaş kateqoriyasına daxil olan istifadəçilər arasında da aktivləşdirmək məsləhət görülür.

Paylaş
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
