
İran, WhatsApp və Google Play-ə qoyulan qadağaları aradan qaldırıb!
Sosial Media
26.12.2024
Aslan
İran, WhatsApp və Google Play-ə tətbiq etdiyi giriş qadağasını ləğv edib. Bunun ölkədə internet senzurasını azaltmaq istiqamətində ilk addım olduğu qeyd olunur.
İran 2022-ci ildə Mahsa Amini hadisələri səbəbindən sosial mediada artan etirazlardan sonra WhatsApp kimi platformalara giriş qadağası tətbiq etmişdi. Sosial media platformalarından əlavə, müxtəlif səbəblərlə Google Play kimi xidmətlərə də qadağalar mövcud idi. Ümumiyyətlə, ölkədə internet məhdudiyyətləri geniş yayılmışdı. Lakin bu gün ölkə vətəndaşlarını sevindirəcək bir yenilik baş verib. Belə ki, İran rəsmiləri uzun müddətdir qadağada olan WhatsApp və Google Play-in məhdudiyyətlərini ləğv etmək qərarı alıb.

Bu iki böyük platformanın qadağalarının ləğvi, rəsmilərin internet məhdudiyyətlərinin azaldılması istiqamətində atdığı ilk addım kimi qiymətləndirilir. Qeyd edək ki, ölkədə Facebook, Twitter, Instagram və YouTube kimi platformalar hələ də qadağadadır. Ölkə mətbuatından gələn məlumatlara görə, prezident Masoud Pezeshkian-ın rəhbərliyi ilə bir toplantı keçirilib və səsvermə aparılıb. Səsvermədə əksəriyyət WhatsApp və Google Play kimi xarici platformalara tətbiq olunan giriş qadağalarının ləğvi istiqamətində səs verib. İranın bu mövzuda necə bir yol izləyəcəyini gözləyib, görəcəyik. Lakin görünür, yaxın zamanda daha çox platforma üzərindəki qadağalar aradan qalxaraq ölkədəki internet senzurası müəyyən qədər azalacaq.
Paylaş
Ən çox oxunanlar

Qatlana bilən Huawei MateBook Fold ULTIMATE noutbuku təqdim edilib - QİYMƏTİ
