Logo
    main-post-cover

    İtaliyada WhatsApp AI çatbotlarına limit gəlir

        Technote.az “TechCrunch” platformasına istinadən bildirir ki, Meta tənzimləyici qurumların tələbi ilə üçüncü tərəf süni intellekt çatbotlarını buraxmalı olduğu ölkələrdə bu xidmətlər üçün ödəniş tətbiq etməyə başlayır. Şirkət ilk olaraq bu qərarı İtaliya üzrə tətbiq edəcək. Meta-nın açıqlamasına görə, 16 fevral tarixindən etibarən WhatsApp üzərindən çalışan AI çatbotların istifadəçilərə verdiyi hər bir qeyri-şablon cavab üçün tərtibatçılardan ödəniş alınacaq. Qiymətlər belə müəyyən edilib: hər mesaj üçün 0,0691 ABŞ dolları (təxminən 0,0572 avro). Bu isə gündə minlərlə sorğu alan çatbotlar üçün kifayət qədər yüksək xərclər deməkdir.
    Italy antitrust watchdog may curb Meta as WhatsApp AI probe widens | Reuters
    Xatırladaq ki, Meta 15 yanvar tarixindən etibarən WhatsApp Business API üzərindən üçüncü tərəf AI çatbotlarının fəaliyyətini qadağan etmişdi. Lakin İtaliyanın rəqabət qurumu ötən ilin dekabrında bu qərarın müvəqqəti dayandırılmasını tələb etdikdən sonra, Meta İtaliya nömrələri üçün istisna tətbiq etməyə məcbur qaldı.
    Hazırda WhatsApp Business API artıq şirkətlərdən marketinq, bildiriş və identifikasiya məqsədli şablon mesajlar üçün ödəniş alır. Yeni qərar isə ilk dəfə olaraq AI çatbotların birbaşa cavablarını pullu edir. Meta-nın sözçüsü bildirib ki, qanunvericilik tələb etdiyi hallarda AI çatbotlara icazə verilir və bu zaman platformadan istifadə edən şirkətlər üçün qiymət mexanizmi tətbiq olunur. Bu yanaşma gələcəkdə digər ölkələr üçün də presedent yarada bilər.
    Paylaş