Logo
    Meta orijinal Reels kontentini icazəsiz istifadə edənlərə qarşı yeni alət təqdim edib

    Meta orijinal Reels kontentini icazəsiz istifadə edənlərə qarşı yeni alət təqdim edib

    Sosial Media
    19.11.2025
    "Meta" Facebook və Instagram-da məzmun yaradıcılarının kontentlərinin icazəsiz şəkildə götürülməsinin qarşısını almaq üçün yeni bir mobil alət təqdim edib. Bu vasitə məzmun yaradıcılarının Facebook-da paylaşdıqları orijinal Reels videolarının başqaları tərəfindən icazəsiz istifadə olunmasını aşkar etməyə imkan verir.
    Əgər məzmun yaradıcısına başqa bir istifadəçinin Reels-dən istifadə etdiyi barədə bildiriş gəlirsə, o zaman həmin kontentə həm Facebook, həm də Instagram üzrə görünürlük bloklanması tətbiq edə, videonun performansını izləyə və istəsə orijinallıq linklərini əlavə edə bilər. Yeni sistem həmçinin Instagram-da paylaşılmış orijinal kontentin qorunması üçün də işləyir, lakin izlənmə funksiyasının aktiv olması üçün yaradıcıların reels-lərini Facebook-a yükləməsi tələb olunur.

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...