
Meta Reels videolarının digər dillərə dublyajı üçün süni zəka funksiyasını anons edib
Sosial Media
26.09.2024
Emil
Meta şirkəti Meta Connect tədbiri çərçivəsində Reels videoları üçün nəzərdə tutulmuş yeni funksiyanı anons edib. Anons edilmiş yeni funksiya süni zəka vasitəsilə Reels videolarını başqa dillərə dublyaj edir və üstəlik videoda şəxsin dodaq hərəkətlərini dublyaj olunan dilə uyğun olaraq sinxronlaşdırır. Üstəlik süni zəka videodakı şəxsin səsini dublyaj olunan dilə uyğunlaşdırır. Məlumata əsasən bu yeni funksiya ilk növbədə ABŞ və Latın Amerikasında yaşayan bəzi ingilis və ispan dilli kontent yaradıcıları üçün istifadəyə veriləcək. Şirkət bu yeni funksiyanın nə zaman istifadəyə veriləcəyini açıqlamasa da qeyd edib ki, yaxın gələcəkdə sözügedən funksiya daha çox dili dəstəkləyəcək.

Paylaş
Ən çox oxunanlar

James Webb öz ilk ekzoplanetini kəşf edib və onun fotosunu çəkib
