Meta valideynlər üçün yeni AI nəzarət funksiyasını işə salır
Sosial Media
23.04.2026
Sevinj
Technote.az “Engadget” platformasına istinadən bildirir ki, Meta yeniyetmələrin süni intellektlə ünsiyyətinə nəzarəti gücləndirmək üçün yeni funksiyanı təqdim edir. Şirkətin açıqlamasına görə, valideynlər artıq övladlarının son 7 gün ərzində Meta AI ilə hansı mövzular haqqında danışdıqlarını görə biləcəklər. Yeni funksiya Meta platformalarında, Facebook, Messenger və Instagram-da tətbiq olunacaq. Valideynlər “supervision” (nəzarət) bölməsində yerləşən “Insights” adlı yeni panel vasitəsilə yeniyetmələrin AI ilə ünsiyyət mövzularına baxa biləcəklər. Bu mövzular məktəb, əyləncə, həyat tərzi, səyahət, yazı, sağlamlıq və rifah kimi kateqoriyalara bölünəcək.
Məsələn, “Lifestyle” kateqoriyası daxilində moda, qida və bayramlar kimi alt mövzular, “Health and Wellbeing” bölməsində isə fitness, fiziki və psixoloji sağlamlıq kimi sahələr yer alacaq. Valideynlər istədikləri mövzuya daxil olaraq daha detallı alt kateqoriyaları da görə biləcəklər. Bundan əlavə, Meta valideynlərlə yeniyetmələr arasında AI istifadəsi ilə bağlı daha açıq dialoq yaratmaq üçün Cyberbullying Research Center ilə əməkdaşlıq edib. Bu çərçivədə “conversation starters” adlanan xüsusi suallar hazırlanıb ki, valideynlər övladları ilə onların AI təcrübəsi barədə daha rahat söhbət apara bilsinlər.
Bu addımlar Meta-nın son dövrlərdə kontent moderasiyası sahəsində bəzi funksiyaları azaltması fonunda atılır. Məlumata görə, şirkət üçüncü tərəf moderatorların rolunu azaldaraq daha çox süni intellekt sistemlərinə güvənməyə başlayıb.
Paylaş