Millenialların fikrincə dünyanın 10 qlobal problemi
Sosial Media
30.08.2017
Emil
Global Shapers Survey 2017 adlı Ümumdünya İqtisadi Forumun sorğusunda iştirak etmiş millenialların (1981-ci ildən sonra anadan olmuş nəsil) fikrincə iqlim dəyişikliyi, dünyanın ən ciddi problemidir.
Sorğuda iştirak etmiş insanların demək olar ki, yarısı
(48.8%) düşünür ki, iqlim dəyişikliyi, dünyanın ən ciddi problemidir. 78.1%
insan isə qeyd edib ki, onlar, ətraf mühitin qorunması naminə həyat tərzlərini
dəyişdirmək istəyirlər. Sorğuda iştirak etmiş insanlar, iqlim dəyişikliyi səbəbi
ilə bağlı bir açıqlama verməsələr də, onların 91%-i, insanların bu iqlim dəyişikliyinə
səbəb olduqlarını bildirib. Bu cür nəticələr, Ümumdünya İqtisadi Forum tərəfindən
hər il keçirilən sorğu nəticəsində məlum olub. Sorğu isə 186 ölkədə 18-35 yaş
arası 31.000-dən çox insan ətrafında aparılıb. Sözügedən 10 ciddi qlobal
problemi sizlərə təqdim edirik.
1. İqlim dəyişikliyi (48.8%)
2. Silahlı münaqişələr (38.9%)
3. İqtisadi bərabərsizlik, diskriminasiya (90.8%)
4. Kasıblıq (29.2%)
5. Dini münaqişələr (23.9%)
6. Hökumətin cəmiyyət qarşısında cavab verməsi, rüşvət (22.7%)
7. Yeyinti məhsullarının və suyun təhlükəsizliyi (18.2%)
8. Təhsilin olmaması (15.9%)
9. Şəxsi təhlükəsizliyə olan təhlükələr (14.1%)
10. İqtisadi imkanların olmaması və işsizlik (12.1%)
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar